BDU ilə Qazaxıstanın Aktobe Regional Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

BDU ilə Qazaxıstanın Aktobe Regional Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub Qazaxıstanın K. Jubanov adına Aktobe Regional Universitetinin rektoru Laura Karabasova Bakı Dövlət Universitetində (BDU) olub.

Qonağı salamlayan rektor Elçin Babayev BDU-nun Qazaxıstan universitetləri ilə səmərəli və uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Rektor qeyd edib ki, BDU ilə Qazaxıstan universitetləri arasında 4 ikili diplom proqramı həyata keçirilir. Qardaş ölkənin 6 universiteti ilə əməkdaşlıq müqavilələri var. BDU-da Abay Kunanbayev adına Qazax Mərkəzi fəaliyyət göstərir.

Elçin Babayev bildirib ki, BDU riyaziyyat, fizika, kimya, biologiya üzrə güclü məktəblərə malikdir. Aktobe Regional Universiteti ilə bu istiqamətlərdə, eləcə də humanitar sahələr üzrə əməkdaşlıq edilə, birgə elmi tədqiqatlar həyata keçirilə bilər.

Aktobe Regional Universitetinin rektoru Laura Karabasova da Azərbaycanın ən böyük ali məktəbi olan BDU ilə elmin müxtəlif sahələri üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə iki universitet arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər