Bu məqsədlə Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə görüşlər keçirilib. Tələbə və məzunların peşəkar bacarıqlarını artırması üçün əmək bazarının tələblərinə uyğun təcrübə proqramlarına cəlb edilməsi, karyera yarmarkalarında iştirakının təmin edilməsi, onların müxtəlif sahələrdə öz bacarıqlarını sınamaq və inkişaf etdirməsi üçün şəraitin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşıya qoyulan hədəflərə çatmaq üçün əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb.
Tehsil-press.az