
Qonaqlara məlumat verilib ki, hazırda BDU-da bakalavriat səviyyəsində 17 türkmənistanlı tələbə təhsil alır. Onlar hərtərəfli qayğı ilə əhatə edilib və yataqxana ilə təmin olunublar. Tələbələrin çoxu beynəlxalq münasibətlər, hüquq, sosiologiya istiqamətlərini seçib. Son illər kompüter elmlərinə maraq göstərən türkmən tələbələrin sayı da artıb.
Qonaqlar türkmən tələbələrin təhsilləri və sosial şəraitləri ilə maraqlanıb, onların təkliflərini dinləyiblər.
Tehsil-press.az