Ermənilərin atdığı top mərmisi evdə yanğına səbəb olub

Ermənilərin atdığı top mərmisi evdə yanğına səbəb olub Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində yaşayış məntəqəsində yanğın baş verib.

Tehsil-press.az APA-ya istinadən xəbər verir ki, ermənilərin atdığı top mərmisi Ağcabədi rayonunun Qaraxanlı kənd sakini Bərxudar Xəlilova məxsus evdə yanğına səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Qeyd edək ki, ötən gün saat 23.30-dan etibarən Ermənistan silahlı bölmələri təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb. Düşmən yaşayış məntəqələrini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur.

tehsil-press.az

Oxşar xəbərlər