
Musavat.com xəbər verir ki, iclasda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi, cinayətkarlığa, o cümlədən ekstremizmə, insan alverinə, kibercinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində birgə mübarizə tədbirləri müzakirə edilib.
Tədbirdə tərəflər Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin birinci toplantısının Bəyannaməsini imzalayıblar.
Tehsil-press.az