Ermənistanın yekun qərarı: Bakıya o gələcək

Ermənistanın yekun qərarı: Bakıya o gələcək Rəsmi mənbələr Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Bakıda keçiriləcək COP-29 iqlim konfransında iştirak etmək niyyətində olduğunu bildirirlər.

Bu barədə məlumatlı mənbələrə istinadla “Hraparak” yazır.

Nəşr bildirir ki, COP-da iştirak üçün Bakıya bəzi şərtləri olsa da, Ermənistan rəsmiləri Azərbaycanın paytaxtına gəlmək üçün bunların yerinə yetirilib-yetirilməməsini gözləməyəcəklər.

Mənbəyə görə, Ermənistan rəhbərliyi COP29-da iştirakı Azərbaycanla bəzi məsələlərin həlli üçün fürsət kimi görür. Nəşr qeyd edir ki, Mirzoyan bu barədə ötən həftə hakim "Vətəndaş Müqaviləsi" Partiyasının toplantısında bildirib./Teleqraf.com/

Tehsil-press.az

Oxşar xəbərlər