Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün 1 saylı Bakı DOST Mərkəzində könüllülərin idarə edilməsi üzrə mütəxəssis, şəxsi inkişaf mentoru Humay Qasımlı tərəfindən “Könüllülük fəaliyyətinin karyerada rolu” mövzusunda təlim keçirilib.
Təlimdə könüllülük fəaliyyəti və onun karyerada rolu məsələsi geniş müzakirə edilib. Bildirilib ki, ölkəmizdə könüllülüyün təbliği üzrə kifayət qədər uğurlu işlər görülür, dövlət qurumları, özəl sektor və müxtəlif təşkilatlar bu istiqamətdə bir sıra layihələr həyata keçirirlər. Könüllülük fəaliyyəti karyeraya bir neçə aspektdə (təcrübə qazanmaq, şəbəkələşmə, yumşaq bacarıqların inkişafı, CV-ni zənginləşdirmək, dəyərlər və motivasiya, yeni bilik və bacarıqlar əldə etmək) müsbət təsir göstərir. Könüllülər öz inkişaflarına dəstək olmaqla yanaşı, cəmiyyətdəki müxtəlif və fərqli problemlərin həllində yaxından iştirak edən şəxsə çevrilirlər. Könüllü fəaliyyət göstərmək çox böyük üstünlüklər verir. Peşəkar təcrübə baxımından insan könüllü fəaliyyət göstərən zaman öz sahəsinin mütəxəssisinə çevrilir və bu müddətdə əldə etdiyi bilik və bacarıqlardan gələcək karyerasında da istifadə edir.
Sonda tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az