Dünya reytinqində irəliləyən yeganə Azərbaycan universiteti - Professor açıqladı...

Dünya reytinqində irəliləyən yeganə Azərbaycan universiteti - Professor açıqladı... Sabiq maliyyə naziri, professor Saleh Məmmədov “Webometric.info” süni intellekt proqramının 32 minə yaxın dünya universitetlərinin beynəlxalq reytinqi üzrə ilkin nəticələri barədə yazıb.

Professor bildirib ki, nəticələr ürəkaçan deyil:

“UNEC-dən başqa ilk beşlikdə olan bütün universitetlərdə vəziyyət pisləşib.

Yalnız UNEC 160 universiteti də geridə buraxaraq dünyanın 32 min universiteti içərisində 2840-cı yerə çıxıb, yəni dünya universitetlərinin ilk 9%-liyində yer alıb.

Azərbaycan universitetləri içərisində isə birinci yeri tutub. UNEC-dən sonra gələn Azərbaycan universitetləri təqribən 1200 universitet UNEC-dən uzaqlaşıb, yəni daha pis vəziyyətə düşüb.

Bakı Dövlət Universiteti 4493-ə, Xəzər 4406-cı və s. yerlərə qədər geriləyib”.

Professor qeyd edib ki, təhsil sistemində ciddi islahatlara ehtiyac var və bu işdə bir ay da gecikmə böyük itkilərə gətirib çıxaracaq:

“Hazırda proqramda dəqiqləşmə prosesi gedir. Sabaha geniş hesabat hazırlamaq mümkün olacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər