Rəşad Məcid: "Əsəblər tarıma çəkilib, ciddi ölçüb-biçməliyik"

Rəşad Məcid: "Doğma Türkiyəmiz təlatümlü, gərginlik dolu günlər yaşayır. Hamımız baş verən prosesləri narahatlıqla izləyirik".

Bunu Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkədə yazıb.

O qeyd edib ki, bir çoxları gündəmə soyuqqanlılıqla, təmkinlə, səmimi nigaranlıqla münasibət bildirsələr də, emosiyalarına hakim ola bilməyənlər, zidd tərəflərin hansısa barədə aşağılayıcı ifadələr səsləndirib çaşqınlıq yaradanlar da az deyil.

"Nəzərə almalıyıq ki, tərəflərin hər birində dəyərli insanlar, istedadlı yaradıcı adamlar, nüfuzlu ziyalılar və siyasətçilər var, hər tərəfin arxasında geniş xalq kütlələri dayanır. Simpatiyamızın ünvanından asılı olmayaraq, əsəblərin tarıma çəkildiyi belə günlərdə rəylərimizi, işlətdiyimiz ifadələri ciddi ölçüb-biçərək, mövcud gərginliyi, ictimai həssaslığı nəzərə alaraq bölüşmək çox vacibdir.

Xüsusilə Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirə biləcək leksikondan maksimum dərəcədə çəkinməliyik. Hamımızın arzusu bu çaxnaşmalı dünyada Türkiyəmizin güclü qalması, daxili sabitliyini və beynəlxalq nüfuzunu qorumasıdır. Böyük dövlətçilik ənənələri olan qardaş xalqın bu çalxantılı dönəmdən də üzüağ, qüdrətli çıxması üçün dua edək", - R.Məcid qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər