
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İmamoğlu Gürlək haqqında söylədiyi fikirlərə görə “terrorla mübarizə aparan insanları hədəfə almaq”, “təhqir” və “təhdid” ittihamları ilə mühakimə olunacaq. Bələdiyyə sədrinin 7 il 4 aya qədər azadlıqdan məhrum edilməsi, səsvermə və seçilmək hüququndan məhrum edilməsi və dövlət vəzifəsində işləməsinə qadağa qoyulması tələb olunur.
Xatırladaq ki, Əkrəm İmamoğlu mart ayında İstanbul bələdiyyəsinə qarşı açılan cinayət işi çərçivəsində korrupsiya ittihamı ilə həbs edilib. Hələlik bu işlə bağlı məhkəmə prosesi başlamayıb.
Tehsil-press.az