Polimer Materialları İnstitutunda Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri üçün seminar keçirilib

Polimer Materialları İnstitutunda Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri üçün seminar keçirilib 17 aprel 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun (PMİ) laboratoriya və şöbələrində 14.04.2025-ci il tarixindən istehsalat təcrübəsinə başlayan Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin “Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət” ixtisası üzrə təhsil alan 528-9-22 və 528-23 saylı qrup tələbələri üçün “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” mövzusunda seminar keçirilib.

Seminarda tələbələrə PMİ-nin Təchizat və Xidmət şöbəsinin mühəndisi Vaqif İbrahimov tərəfindən təhlükəsizlik texnikası qaydaları, yanğından mühafizə tədbirləri, odsöndürən vasitələrin növləri və istifadə qaydaları haqqında ümumi məlumat və təlimatlar verilib. Təhlükəsiz iş şəraitinin təmin edilməsi ilə bağlı maarifləndirici video-çarxlar nümayiş olunub.

Vaqif İbrahimov tələbələrə təhlükəsizlik texnikası qaydalarına düzgün riayət olunması və bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə tövsiyə və göstərişlər verib. Məruzəçi son zamanlar baş verən bədbəxt hadisələr ilə bağlı tələbələri daha diqqətli olmağa çağırıb. Tədbirin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər