
Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi”ndən əldə etdiyi məlumat əsasında bu dəfə Bakı Dövlət Universitetinin məzunları ilə bağlı vəziyyəti araşdırıb.
Məlumata görə, 5 il ərzində universitetdən məzun olanların ümumi sayı 14 min 524 nəfərdir ki, onların da 8 min 173-ü işlə təmin olunub.
Məzunların əksəriyyəti aylıq gəliri 400 manat olan iş yerlərində çalışır. İşlə təmin olunanların əsas hissəsi özəl sektorda fəaliyyət göstərirlər. Belə ki, qeyri-dövlət sektorunda çalışan məzunların ümumi sayı 5 min 351 nəfərdir, bu da məzunların 69.6 faizini təşkil edir.
Universitetin ən çox məzunu olan ixtisası hüquqşünaslıqdır. Belə ki, 5 il ərzində hüquqşünaslıq ixtisası üzrə 1022 nəfər məzun olub ki, onların da 599-u işlə təmin olunub. Bu da ümumi məzunların 58 faizini təşkil edir.
Digər ixtisaslar üzrə vəziyyət aşağıdakı kimidir:
İnformatika müəllimliyi – 670 məzunun 398-i (59 faiz) işlə təmin olunub;
Riyaziyyat müəllimliyi – 529 məzunun 250-si (47 faiz) işlə təmin olunub;
Beynəlxalq münasibətlər – 508 məzunun 226-sı (44 faiz) işlə təmin olunub;
Coğrafiya müəllimliyi – 483 məzunun 310-u (64 faiz) işlə təmin olunub;
Fizika müəllimliyi – 483 məzunun 236-sı (48 faiz) işlə təmin olunub;
Kompüter elmləri – 462 məzunun 293-ü (63 faiz) işlə təmin olunub;
Dünya iqtisadiyyatı – 422 məzunun 248-i (58 faiz) işlə təmin olunub.
Məzunların əksəriyyəti banklarda və ümumi xarakterli dövlət idarəetmə sahələrində çalışır.
Tehsil-press.az