Milli Məclisin üzvü Pərvin Kərimzadə BDU-da "Azərbaycan müstəqillik illərində: Qurtuluşdan zəfərə" mövzusunda mühazirə deyib

Milli Məclisin üzvü Pərvin Kərimzadə BDU-da Milli Məclisin üzvü Pərvin Kərimzadə Bakı Dövlət Universitetinin (BDU) tələbələrinə "Azərbaycan müstəqillik illərində: Qurtuluşdan zəfərə" mövzusunda mühazirə deyib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Pərvin Kərimzadənin ictimai-siyasi fəaliyyəti haqqında tələbələrə məlumat verib, BDU-da iki ildən artıq müddətdə davam edən "Heydər Əliyev mühazirələri" layihəsinin Ulu Öndərin zəngin irsinin tələbələrə aşılanmasına əhəmiyyətini vurğulayıb.

Milli Məclisin üzvü Pərvin Kərimzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. O, milli lider, qüdrətli dövlət xadimi, xilaskar kimi bugünkü müstəqil Azərbaycan dövlətinin bünövrəsini qoyub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb: “Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın.

Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Ulu Öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır”.

Millət vəkili diqqətə çatdırıb ki, 1993-cü ilin 15 iyunundan başlayaraq Azərbaycan milli qurtuluşdan Zəfərə qədər böyük bir yol keçib. Bu müddətdə xalqımızın milli həmrəyliyi daha da güclənərək, sonunda “Dəmir yumruğ”a çevrilib və düşmənin başını əzib.

Daha sonra millət vəkili tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər