Emin Əmrullayev bu təhsil sektoruna müdir təyin ETDİ

Emin Əmrullayev bu təhsil sektoruna müdir təyin ETDİ Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri təyinatı olub.

Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Goranboy-Naftalan təhsil sektorunun müdiri vəzifəsinə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon təhsil sektorunun müdiri Vüsal Cəfərov təyin olunub.

Qeyd edək ki, Goranboy-Naftalan təhsil sektoruna müdiri vəzifəsini Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Əli Cəfərov icra edirdi. Təhsil sektorunun əvvəlki müdiri Xəyal Məmmədov bu illin fevralında yoxlamanın nəticəsinə əsasən vəzifəsindən azad edilib.

Tehsil-press.az

Oxşar xəbərlər