Orta məktəbin döşəməsi çökdü - Şagirdlər təxliyə edildi

Orta məktəbin döşəməsi çökdü - Şagirdlər təxliyə edildi Xaçmazda orta məktəbin döşəməsi çöküb.

Hadisə rayonun Qobuqıraq kənd ümumi orta məktəbində siniflərdən birində baş verib.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumatı təsdiq edib.

Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.

"Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür", - rəsmi açıqlamada bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər