ABŞ-da qırmızı ət qiymətləri rekord həddə çatdı

ABŞ-da qırmızı ət qiymətləri rekord həddə çatdı Ölkədə uzunmüddətli quraqlıq və gömrük rüsumları qırmızı ət bazarında ciddi qiymət artımına səbəb olub.

ABŞ Əmək Nazirliyinin məlumatına görə, qiymənin kiloqramı 13,49 dollara yüksəlib. Bu indiyədək qeydə alınan ən yüksək göstəricidir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi isə bildirir ki, qırımızı ətin kiloqramı illik 8% artaraq 23,34 dollara çatıb. Qiymət artımı həm də Brazilyadan idxal edilən ətə tətbiq olunacaq 50%-lik yeni tariflə əlaqələndirilir.

Tehsil-press.az

Oxşar xəbərlər