Bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.
“O vaxt da, indi də gürcü xalqının azadlıq eşqinə, döyüş qabiliyyətinə ümidim var idi. Bu gün həbsdə olmağımdan dörd il ötür. Mənə telefonla əlaqə saxlamaq, yoldaşlarla görüşmək qadağandır, amma ölüm ayağında olanda da, indi də - oktyabrın 4-nü gözlədiyim vaxtda döyüş ruhum bir zərrə belə zəifləməyib. Bəli, həyatımın ən gözəl illərini bu mübarizəyə qurban vermişəm, amma əminəm ki, daha gözəl illər gözləyir. Böyük enerjimlə 4 oktyabrda yeni Gürcüstanın qurulmasında onların yanında olmaq mənim borcumdur. Hamısı Gürcüstan və azadlıq üçündür”, - Saakaşvili bildirib.
Sabiq prezident yeni Gürcüstan naminə vətəndaşları ayın 4-də küçələrə çıxmağa və ayıq-sayıq olmağa çağırıb. Gürcüstan hökumətinin rəsmiləri müxalifətin həmin gün Avropa İttifaqının dəstəyi ilə mitinq və təxribatlar planlaşdırdığını açıqlayıb.
Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.
Tehsil-press.az