Pulsuz xidmətlərlə bağlı mühüm xəbər: vəziyyət dəyişir – Tarix

Pulsuz xidmətlərlə bağlı mühüm xəbər: vəziyyət dəyişir – Tarix Gələn il dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna 900 milyon manat ayrılması planlaşdırılır. Bu da ötən illə müqayisədə təxminən 37 faiz azdır. Sözügedən qərar artıq cəmiyyətdə ciddi narazılığa səbəb olub. Vətəndaşlar düşünürlər ki, azaldılan vəsait tibbi xidmətlərin keyfiyyətinə birbaşa təsir göstərəcək. Bəziləri isə bunu “icbari sığortanın ləğvinə aparan ilk addım” kimi qiymətləndirir.

İcbari tibbi sığortaya ayrılan vəsaitin azalması, bu sistemin zəiflədilməsi və ya gələcəkdə ləğvi istiqamətində atılmış addımdırmı?

Iqtisadçı Kənan Quluzadə deyib ki, vəsaitin azalması icbari sığorta sisteminin zəifləməsi riskini artırır:

“Daha az maliyyə resursu xəstəxanalarda xidmətlərin məhdudlaşmasına, gözləmə müddətlərinin uzanmasına və bəzi xidmətlərin ödənişli hala gəlməsinə səbəb ola bilər. Hökumət isə bildirir ki, məqsəd sistemi özünü təmin edən modelə çevirmək, idarəetməni səmərəliləşdirmək və xərcləri optimallaşdırmaqdır”.

İqtisadçı qeyd edib ki, şəffaf izah və aydın strategiya olmadıqca, büdcə azalmaları vətəndaşlarda “sistemin ləğvinə aparan addım” təəssüratı yaradır:

“İcbari tibbi sığortanın gələcəyi məhz bu narahatlığın necə idarə olunacağından asılı olacaq”.

Qeyd edək ki, icbari yibbi sığorta sisteminin müxtəlif mərhələlərlə ölkə üzrə tətbiqi 2020‑ci ildən etibarən başlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər