Ağdamın işğal günü

Ağdamın işğal günü Elməddin Hamlet oğlu Vəliyev, Ağdam rayonu, Nəmirli kənd sakini, iş adamı:
-Azərbaycanın hər qarş torpağı hamımız üçün əzizdir. Bizim ata yurdumuz Ağdam torpağı isə ayrı cənnət-məkan idi.
Ağdamın təbii-coğrafi mövqeyi əlverişli, torpağı bil və sərvətlidir. Buna göə də bu yerlərdə həyat qədim daş dövründən başlayaraq mütəmadi olaraq inkişaf dövrü keçmişdir. Lakin Tanrı Ağdamın bütün gözəllikləri ilə yanaşı erməni kimi nankor qonşu da qismət etmişdir. Rus imperiyasının fitvası ilə ermni dığalarınn Qarabağa etdiyi vəhşilik və xəyanət zaman-zaman təkrar olunmuşdur. Bir əsrdə üçüncü dəfə emənilər qan tökmüşlər.
Hələ 1988-ci ildə ermənilər təzə-təzə mitinqlər keçirirdilər. O vaxt yadımdadır, bir vəzifəli erməni ağlayaraq deyirdi ki, “Allah bu hadisələri törədənlərin evini yıxsın. Bilmirəm, bu kimə lazımdır”.
Unutqanlıq bütün millətin faciəsidir. Başımıza gətirilən faciələrin səbəbkarıdır. Bu gün vəzifə də olar. Var-dövlət də. Onu qazanmaq olar. Vətənsə birdir, itirdin-qazanmaq mümkün deyil. Çalışın ki, ağdamllığımızı itirməyək.

Zakir Ağdamlı
Papravəndim

İlk addımı atdım səndə,
Böyüdükcə döndün qəndə.
Ürəyimi saldın bəndə,
Sənsən mənim balım, qəndim,
Doğma diyar, Papravəndim!
Dağlarında gəzəndə də,
Güllərindən üzəndə də,
Dərd qəlbimi əzəndə də
Sənə baxıb qürrələndim,
Doğma diyar, Papravəndim!
Düzlərində izim, rəddim,
Qucağımda pirim, cəddim,
Hicranına dözmür qəddim.
Dağlarında duman, çəndim,
Doğma diyar, Papravəndim!
Mətəmizdi Soltan dərən,
Düşmən qorxdu, düşdü pərən,
Dollovluda neçə ərən,
Düşdü tora – “güllələndim”,
Doğma diyar, Papravəndim!
İt arısı pətəklədi,
Hay dindaşın ətəklədi.
Rus yağını yedəklədi,
Düşmən artdı, mən təkləndim,
Doğma diyar, Papravəndim!
Nə yanına gələ billəm,
Nə dərdini bölə billəm.
Nisgilinlə ölə billəm,
Yerə, göyə sığmır dərdim,
Doğma diyar, Papravəndim!
Zakir, bezdik ağlamaqdan,
Kömək umub böyük Haqdan,
Hay dığasın salaq taxtdan,
Kəsilsə dəbərəm, bəndim,

Doğma diyar, Papravəndim!
23 oktyabr 1999-cu il

Vətənim

Düşmənlərə əyilməyib, bac alıb,
İgidlərin biləyindən güc alıb.
Satqınlığın tənəsindən qocalıb,
Özü kiçik, dərdi yekə Vətənim.
Elə bil ki, kimsəsizdi, atılıb,
Əl-ayağı hərrac üçün çatılıb.
Torpaqları aşkar, gizli satılıb,
Bölünübdü tikə-tikə, Vətənim.
Güvənərək mərdlərinə sağaldaq,
Əlac olaq dərdlərinə, sağaldaq.
Üz vurmayaq pərtlərinə, sağaldaq,
Yaraların tikə-tikə, Vətənim.
Altı-üstü cövhərimmiş-zərimmiş,
Necə dözür bu dərdlərə, nərimmiş.
Ağdam-Şuşam cilvələnmiş pərimmiş,
Yaman düşdün yaman kökə, Vətənim.
Vəsfin üçün asan deyil söz sənin,
Hicrindəyik, intizarda göz sənin.
Öz balanıq – yurddaşınıq biz sənin,
Hardan çıxdı doğma-ögey, Vətənim...

Ağdam
Mayası var ətdə, canda,
Adı vardı hər bir yanda.
Ermənilər İrəvanda,
Qorxudan tük saldı, Ağdam!
Yaratdığı yerli ordu,
Gözləriylə od götürdü,
Altı min də şəhid verdi,
Necə zəfər çaldı, Ağdam!
Nə qovğaydı saldı fələk,
Başımıza gəldi kələk.
Qarabağ bir huri-mələk,
Yanağında xaldı, Ağdam!
Qoynunda mərd igid çoxdu,
Yaman gözə qordu, oxdu,
Sən yoxsan din-iman yoxdu,
Quru adın baldı, Ağdam!
Zakir deyər haqq səsiylə,
Namərdlərin fitnəsiylə,
Satqınların hiyləsiylə,
Yandı, girov qaldı, Ağdam!
Gəlir namus, ar vədəsi,
Hər qisasın var vədəsi,
Kaş gələn bahar vədəsi,
Deyək qisas aldı, Ağdam!


Tehsil-press.az

Oxşar xəbərlər