Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri – milli kadr hazırlığına, cəmiyyəytin elmi-intelektual səviyyəsinin inkişafına əvəzsiz töhfələr verən Sumqayıt Dövlət Universiteti 50 illik bir ömür yolu keçmişdir. Oxucularımızı yenicə açdığımız “Təhsil ocaqlarımız milli sərvətimizdir” rubrikası altında öncə Sumqayıt Dövlət Universitetinin fəaliyyəti ilə tanış etmək qərarına gəldik.
Müsahibim Sumqayıt Dövlət Universitetinin rektoru, dosent Elxan Hüseynovdur.
- Elxan müəllim, Sumqayıt Dövlət Universitetinə rəhbərlik etdiyiniz qısa müddət ərzində böyük yeniliklər, islahtlar həyata keçirilmişdir. Ölkə mətbuatında sizin universitetin uğurları, universitetdə gedən islahatlar, yeniliklərdən xəbərimiz var. İstərdim ki, görülən bu işlərlə bağlı fikirlərinizi bizimlə də bölüşəsiniz.
- Xalqımızın əbədiyaşar oğlu, dahi şəxsiyyət Heydər Əliyev təhsilin inkişafına daim diqqət yetirmiş, milli kadr hazırlığına böyük əhəmiyyət vermişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradıldı. Universitetimizin son bir illik tarixinə nəzər salsaq görərik ki, universitetin fəaliyyətində mühüm hadisələr, ürəkaçan yeniliklər baş vermişdir. Qazanılan nailiyyətlərin kökündə isə elmə, təhsilə göstərilən dövlət qayğısı durur. Ulu öndərdən sonra onun siyasi kursunu inamla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin son 10 ildə elmin, təhsilin inkişafı, mövcud problemlərin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər SDU-nun da fəaliyyətinin müasir səviyyədə qurulmasına və inkişafına təkan vermişdir. Dövlət başçısının 2013-cü il 24 oktyabr tarixli sərəncamı təsdiq edilmiş “Azərbyacan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və 2015-ci il 19 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət Strategiyasının reallaşdırılması üzrə Fəaliyyət Planı ölkəmizdə bilavasitə qabaqcıl texnologiyalara əsaslanan müasir təhsil sisteminin yaradılması üçün prioritet istiqamətləri müəyyənləşdirmişdir.
Sumqayıt Dövlət Universitetində 7 fakültə və Əcnəbi Tələbələrin Hazırlıq Mərkəzi, 45 kafedra, 6 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Universitetdə 36 ixtisas üzrə bakalavr, 53 ixtisas üzrə isə magistratura pillələri üzrə mütəxəssis hazırlığı aparılır. Ötən illərdə müqayisədə tələbə kontingentinin sayı artaraq 5 minə, tələbə qəbulu 1240-a,magistrantların sayı isə 350-yə çatmışdır.
Dünyanın, eləcə də Avropa universitetlərinin əksəriyyəti nəzəri biliklərə yanaşı təcrübəyə böyük diqqət yetirir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya proqramı elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin, təhsilin və istehsalatın inteqrasiyasının təmin edilməsi, innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən, texnoparkların yaradılması, texnoloji mərkəzlərin genişləndirilməsi əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
Sumqayıt Dövlət Universitetinin bacarıqlı və yüksək intellektə sahib olan tələbələri müasir texnologiyalarla fəaliyyət göstərən müəssisələrdə istehsalat təcrübələri keçirlər. Sumqayıt Texnologiyalar Parkının və Azərikimya İstehsalat Birliyinin müəssisələri ilə universitet arasında iş birliyi yaradılıb. Azərbaycan Polimer Materialları İnstitutu ilə SDU arasında təhsil-elmi-istehsalat çərçivəsində elmi əməkdaşlıq üzrə istiqamətlər müzakirə edilmiş və prioritet hədəflər müəyyənləşdirilmişdir. Polimer Materialları İnstitutunda universitetimizin baza kafedrasının yaradılması əlaqələrin möhkəmlənməsi ilə yanaşı milli təhsilimizin inkişafına töhfələr verəcəkdir.
Universitetdə əmək bazarının tələblərinə uyğun pedaqoji və mühəndis kadrları hazırlayan yeni ixtisaslar açılmışdır. Xarici dil, riyaziyyat və informatika, tarix və coğrafiya, ibtidai sinif, məktəbəqədər təlim və tərbiyə, kompüter elmi üzrə ixtisaslara tələbə qəbulu həyata keçirilmişdir. Dörd fakültədə rus bölməsi üzrə mütəxəssis hazırlığına başlanmışdır.
Onu da nəzərinizə çatdırım ki, yeni tədris ilindən universitetin daxili imkanları hesabına professor-müəllim heyətinin və digər əməkdaşlarının əməkhaqları 18% artmışdır. Bayramlarda verilən mükafatları da nəzərə alsaq ümumilikdə əməkhaqları orta hesabla 25% artmışdır.
- Son illərdə təhsilimizin gələcəyi üçün çox önəmli olan bir neçə layihə reallaşdırılıb. SDU-da bu layihələrin gerçəkləşdirilməsi istiqamətində hansı işlər görülür?
- Pedoqoji kadr hazırlığı üstünlük təşkil etdiyindən tədrisin müasir səviyyədə qurulması və gələcək müəllimlərin də bu səviyyədə yetişdirilməsinə ciddi yanaşırıq. Bildiyimiz kimi, orta məktəblərdə təhsilin kurikulumlarının inkişafı əsas hədəf kimi ön planda durur. Artıq 7-ci siniflər də daxil olmaqla tədris bu sistemlə aparılır. Növbəti illərdə isə bu sistemə qoşulma prosesi sürətləndiriləcəkdir. Bir neçə pedaqoji ixtisası birləşdirən tədrisin metodikası kafedralarımız mövcuddur. Təhsil Nazirliyinin dəstəyi ilə ixtisas müəllimləri üçün kurikulumlarla bağlı biraylıq kurslar təşkil olunmuş və kursu bitirən müəllimlərə sertifikatlar verilmişdir.
Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə bütün fənn və işçi tədris proqramları yenilənib. Kitabxana ixtisaslara aid tədris fənləri üzrə dərslik və dərs vəsaitləri ilə təmin edilib. Bilik səviyyəsini artırmaq məqsədilə tələbələrlə mütəmadi iş aparılır. Dövlət başçısının Tələbə Elmi Cəmiyyətlərin fəaliyyətinin artırılmasına dair imzaladığı müvafiq sərəncama cavab olaraq tədbirlər planı hazırlanmışdır və həyata keçirilir.
Mövcud şəraitdə innovasiyalar və yeni təlim texnologiyalarından istifadə təcrübəsi ilə bağlı maraqlı layihələr reallaşdırılmışdır. Belə innovativ layihələrdən biri də Sumqayıt Dövlət Universitetinin professoru Cavanşir Məmmədovun hazırladığı elmi-texnoloji parkın layihəsidir. Universitetdə texniki informasiya vasitələrinin quraşdırılması, təhsil müəssisəsinin portalının yaradılması, akademik təhsil sisteminin və infrastrukturunun qurulması ilə bağlı mühüm işlər görülmüşdür. Bundan əlavə, əməkdaşlarımız üçün informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə təlim metodları və tədris resusları yaradılmış, yeni təlim texnologiyalarından, ağıllı (elektron) lövhələrdən istifadə etməyi öyrədən kurslar təşkil edilmişdir.
Dünyanın qabaqcıl şirkətlərindən biri sayılan Şneyder Elektrik şirkətinin dəstəyi ilə “Müasir avtomatika texnologiyaları və problemləri” üzrə texniki seminar təşkil olunmuşdur. Şirkətin Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Osman Şahin seminarda iştirak etmişdir. Məqsədimiz bu sənaye obyektlərində tətbiq edilən yeni texnologiyaların mənimsənilməsi, müəssisələr üçün mütəxəssislərin hazırlanması, mövcud yeni texnologiyalara servis xidmətinin təşkil edilməsidir.
Universitetin Elmi Şurasının qərarı ilə Heydər Əliyev, Nizami Gəncəvi, Zeynalabdin Tağıyev, Yusif Məmmədəliyev adına təhsildə yüksək nəticələr əldə edən tələbələrə verilir.
Təhsil Nazirliyinin xətti ilə qısa müddət ərzində bir çox layihələr həyata keçirilmiş, proqramlar hazırlanmışdır. Belə layihələrdən biri də Sabah qrupları layihəsidir. Öz ixtisasları ilə yanaşı ingilis dilini də mükəmməl öyrənmək imkanı əldə edəcək “Sabah” qrupları layihəsi sabahı düşünən, elmi, təhsili idarə etməyi bacaran tələbə gəncləri öz ətrafında birləşdirir.
Sürətlə qloballaşan dünyada tələbənin gələcəkdə iş yeri əldə etməsi və uğurlu karyera qurulması üçün müasir tələblərə cavab verən keyfiyyətli təhsil alması ilə yanaşı bir neçə dildə danışa bilməsi vacibdir. Əminliklə deyə bilərəm ki, Prezident cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün bütün imkanların səfərbər olunması istiqamətində ən gözəl töhfə olacaqdır.
- SDU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın qurulması istiqamətində hansı işlər görülüb? Sizin fikirlərinizi bilmək bizim üçün maraqlı olardı.
- Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı xeyli işlər görülüb və bu gün də bu işlər davam etdirilir. Ali məktəbin 37 auditoriyasında proyektorlar quraşdırılmış və ağıllı (elektron) lövhələrlə təchiz edilmişdir. Bunlar həm vaxt qənaətin, həm də tədrisin keyfiyyətinin səviyyəsinin yüksək göstəricisidir. Universiteti sürətli internetlə təmin etmək məqsədi ilə optik kabel çəkilmiş, geniş imkanlara malik internet şəbəkəsi yaradılmışdır. Bu da öz növbəsində dərslərin interaktiv rejimdə keçirilməsinə, video konfransların təşkil edilməsinə geniş imkanlar yaradır. Müasir dövrün tələblərinə cavab verən “Elektron kitabxana” yaradılmış, İRBİS-64 sistemi quraşdırılmışdır. Optik oxucu printer, internetin normal paylanması üçün server alınmış, müasir standartlara cavab verən yeməkxana tikilmişdir. Elmi Hissə yaradılmış, Elektron Kitabxana yeni kitablarla, dərslik və dərs vəsaitləri ilə zənginləşdirilmiş, mətbəə üçün əlavə çap qurğuları alınmışdır.
Hər iki tədris korpusunda təmir-tikinti və abadlıq işlərinin aparılması bu gün də davam edir. İki linqafon, əlavə səkkiz kompüter otağı istifadəyə verilib, bütün fakültələr kompüterlərlə təchiz olunub, yük daşıyıcı elektrik və internet xətləri yeniləri ilə əvəz olunub. Tədris korpusunun bütün mərtəbələrində sanitariya qovşaqları , müasir tələblərə cavab verən yeni qazanxana istifadəyə verilib, yeni istilik sistemi çəkilmiş , radiatorların yenilənməsi işi başa çatmış, isti və soyuq su ilə təchiz olunub. Yeni ixtisasların açılması ilə bağlı daxili imkanlar hesabına müasir tələblərə cavab verən auditoriyalar təmir edilərək istifadəyə verilib. Müxtəlif yerlərdə fəaliyyət göstərən kafedraların aid olduğu fəaliyyət göstərmələrinə şərait yaradılıb.
2014-cü il dekabr ayının 11-də ümummilli lider Heydər Əliyev Mərkəzinin açılışı oldu. Mərkəzlə tanış olan qonaqlar və universitetin kollektivi türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin qranitdən hazırlanmış barelyefi, ona aid kitablar və sənədlərlə tanış oldular. Mərkəzdə ulu öndərin həyat və fəaliyyəti fotolarda öz əksini tapmışdır. Bu gün SDU-da belə bir mərkəzin yaradılması Heydər Əliyev irsinin öyrənilməsi üçün qiymətli mənbədir və eyni zamanda gənclərin intellektual səviyyələrinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.
SDU-da təhsil sisteminin informasiyalaşdırılması istiqamətində də ciddi işlər görülmüşdür. Tələbə və müəllimlər sürətli internet şəbəkəsinə qoşulmaqla tədris prosesində istifadə edilən yeni texnologiyaları mənimsəyirlər. Tədris prosesinin modernləşdirilməsi məqsədilə “LABVieW” proqramı ilə işləyən virtual laboratoriyalar təşkil olunmuşdur. Son 6 ay ərzində Respublika Kitabxanasından və digər qurumlardan 3000-dən artıq dərs vəsaiti, monoqrafiyalar alınmışdır. Hazırda elektron kitabxana sistemi yaradılmış və onun mərkəzləşdirilməsi nəzərdə tutulur.
SDU-nun mühüm uğurlarından biri də onun beynəlxalq əlaqələrinin müasir dövrün tələblərinə uyğun qurulması və inkişaf etdirilməsidir. Əlaqələrin genişləndirilməsi məqsədilə Beynəlxalq Əməkdaşlıq şöbəsi yaratmışıq. Şöbənin əsas fəaliyyət istiqaməti beynəlxalq elmi, tədris proqramlarına qoşulmaq, müəllim və tələbələrin xarici ölkələrin aparıcı universitetləri ilə əlaqələrinin yaradılmasından ibarətdir.
Universitetin beynəlxalq layihələrdə iştirakı da uğurlu nəticələr vermişdir. TEMPUS üzrə 4 layihənin iştirakçısı olmuş, bu layihələr çərçivəsində 8 müasir tədris laboratoriyası yaradılmış və müasir avadanlıqlarla təchiz edilmişdir. Proqramda ən vacib işlərdən biri Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılmasıdır. Burada məqsəd mühəndislik üzrə ixtisasları Avropa standartlarına uyğunlaşdırmaq və onların sertifikatlarını əldə etməkdir. Bu il 11 beynəlxalq layihə hazırlanmış və baxılması üçün müsabiqəyə təqdim edilib.
Sumqayıt Dövlət Universitetinin Şərq, Avropa və Slavyan ölkələrinin nüfuzlu universitetləri ilə əlaqələri genişlənir, qabaqcıl texnologiyalar, idarəetmə üsulları, innovasiyalarla bağlı elmi-pedoqoji mübadilələr həyata keçirilir.
Son bir ildə dünyanın müxtəlif universitetlərinin nümayəndələri və təhsil üzrə beynəlxalq ekspertləri ilə görüşlərimiz olub. Bunlardan biri də Avropada professional ali təhsilə dəstək üzrə baş ekspert Mixail Karpişek bu yaxınlarda universitetimizin qonağı olmuş, SDU-nun Avropanın müxtəlif universitetləri ilə tələbə-müəllim mübadiləsi, birgə elmi tədqiqatların və konfransların keçirilməsi barədə təşəbbüslər irəli sürülmüşdür.
Avropa-Asiya və Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyalarının konfransında SDU Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyasına üzv seçilmişdir.
ABŞ-ın Ohayo Universitetinin professoru Loretta Palmer, Avstriya səfirliyinin elm və təhsil üzrə əməkdaşı xanım Barbara Aiqner universitetimizdə olmuş, görülən işlərlə, xarici dillərin tədrisi məsələləri ilə tanışlıq zamanı universitetimiz qonaqlarda çox müsbət təəssürat yaratmışdır. ABŞ Senatın “Təhsil, mədəniyyət və elm sahələrində beynəlxalq tələbə mübadiləsi” haqqında qəbul etdiyi qanun çərçivəsində Fulbrayt tələbə mübadiləsi proqramının iştirakçısı Dana Donohyu bu tədris ilindən tələbə qəbulu aparılmış ingilis dili müəllimlərinə assistent kimi dərs deyir.
- Bu gün həyata keçirilən layihələr və aparılan məqsədyönlü işlər onu deməyə əsas verir ki, təhsilimizin dünya təhsil sisteminə inteqrasiya olunması yolunda müvəffəqiyyətlər qazanmısınız. Təhsilimizin gələcəyini necə görürsünüz
- Danılmaz bir həqiqətdir ki, bu gün ölkəmizdə müasir ideyalara, yeni texnologiyalara, milli və ümumbəşəri dəyərlərə söykənən təhsil sisteminin qurulması istiqamətində böyük işlərə başlanılıb. Dövrün tələblərinə uyğun təhsilin yaddaşda deyil, təfəkkürə əsaslanan iş üsullarından istifadə etmək, kreativ keyfiyyətləri aşkara çıxarmaqla iqtisadi kapitalı intellekt kapitalına çevirmək, yeni baxış, yeni təfəkkür tərzi, hadisələrə çevik və fəal münasibət bildirmək bacarığı formalaşdırmaq lazımdır. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqini və ondan istifadəni öyrətmək, bir sözlə, təhsili beynəlxalq təcrübəyə uyğunlaşdırmaq və gələcəyin istiqamətlərini müəyyənləşdirmək lazımdır.
Yeni inkişaf səviyyəsinə uyğun həyata keçirilən kompleks layihələrə, müasir ideyaların, yanaşmaların təhsilə gətirilməsi və tətbiqini aktuallaşdıran problemlərə, maddi-texniki bazanın möhkəmləndirilməsi və kadr hazırlığı məsələlərinə obyektiv mövqedən yanaşsaq görərik ki, Azərbaycanda təhsil sahəsində uğurlu nəticələr əlavə olunub. Genişmiqyaslı bu işlər həcminə, təhsil strategiyasının istiqamətlərinə uyğun kompleks layihələr çərçivəsində ardıcıl, mərhələ-mərhələ icra edilir. Azərbaycanın yeni mərhələyə - modernləşmə dövrünə daxil olduğu bir zamanda dünyanın təhsil sistemi, idarəetmə modeli, kadr potensialı, infastrukturu və qabaqcıl ölkələrin təcrübəsindən yararlanmağı qaçılmaz edir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdi, təhsil sistemində köklü dəyişikliklər edilməsini əsas strateji hədəfə çevirdi.
Təhsil tarixinə qloballaşma, elmi-texniki tərəqqi, innovasiyalar və texnologiyalar, modernləşdirmə dövrü kimi yazılan 21-ci əsrin ilk mərhələsinə Azərbaycan bütün sahələrdə daxil oldu və sevindirici haldır ki, aparılan məqsədyönlü islahatlar, genişmiqyaslı təhsil layihələrinin həyata keçirilməsinin reallaşdırılması uğurla nəticələndi.
Qazanılan hər bir uğur insanların həyat səviyyəsinin yüksəldilməsinə, şəxsiyyətyönlü, nəticəyönlü və s. istiqamətlərdə aparılan təhsil islahatlarının prinsiplərinə, gələcəyə aparan yolun strategiyasını müəyyənləşdirən meyarlara əsaslandı.
Qürur hissi keçiririk ki, Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan rəqabət qabiliyyətinə görə dünyanın aparıcı dövlətləri sırasında 39-cu, MDB ölkələri arasında isə 1-ci yer tutub. Bu barədə Təhsil Nazirliyində keçirilən geniş iclasda təhsil naziri cənab Mikayıl Cabbarov təhsilin müxtəlif sahələrini əhatə edən məzmunlu çıxışında münasibət bildirərək qeyd etdi ki, bu gün Azərbaycan siyasi, iqtisadi və sosial modeli qəbul edilir, dövlətimizin, təhsilimizin gələcəyin yeni inkişaf mərhələsinə qədəm qoyduğu təsdiqlənir.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının istiqamətləri, təhsil layihələri Sumqayıt Dövlət Universitetinin fəaliyyət proqramı kimi qəbul edilib. Təhsilin inkişafı, keyfiyyətin yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Professor-müəllim heyətinin potensial imkanlarına əsaslanan elm və təhsil, idarəetmə modelinin qurulması təhsil ocağında sağlam və şəffaf təhsil mühitinin yaradılması, ali məktəbin idarə olunmasının müasir tələblər səviyyəsində qurulması ön plana çəkilir. Beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və kadr potensialının tərkibinin yaxşılaşdırılmasına daim diqqət artırılır. Akademik biliklərlə yanaşı təcrübi bilik və bacarıqların öyrədilməsinə, qabiliyyətlərin üzə çıxarılmasında, fənlər üzrə tədris proqramları və dərsliklərin, dərs vəsaitlərinin, mühazirə mətnlərinin elektron variantlarının, işçi tədris proqramlarının yüksək səviyyədə hazırlanması daim universitetin rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Eyni zamanda maddi-texniki bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi, müəllimlərin əməyinin stimullaşdırılması, nəticəyə və səriştəyə əsaslanan rəqabətli əmək haqqı sisteminə keçilməsi məqsədyönlü işlər aparılır.
Ali təhsilin planlaşdırılması və təsdiq zamanı ilk növbədə əmək bazarı nəzərə alınmalıdır. Sumqayıt şəhəri respublikanın şimal bölgəsi üzrə regional şəhər sayılır. Sumqayıt şəhərini ölkənin sənaye mərkəzlərindən biri kimi inkişafı nəzərə alınaraq yaxın bir neçə il ərzində şəhərdə açılan yeni müəssisələr üçün əmək bazarına uyğun ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssislərin hazırlanması istiqamətində müvafiq işlər aparılır. Respublikamızda digər ixtisaslarla yanaşı kənd təsərrüfatı, turizm, yüngül sənaye sahələri sürətlə inkişaf edir və bu sahələr üzrə ixtisaslı kadrların hazırlanması vacibdir.
Azərbaycan bu gün ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Dahi şəxsiyyətin vaxtilə söylədiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm” müdrik kəlamı bu gün çiçəklənən, inkişaf edən, dünyaya inteqrasiya edən Azərbaycanda öz təsdiqini tapıb.
Sumqayıt Dövlət Universitetinin çoxsaylı professor-müəllim heyəti ürəkdən inanır ki, Azərbaycan xalqını firəvan gələcəyə aparan bu siyasətin davamlığı qarşıdakı ilərdə də təmin olunacaq, müstəqil respublikamız Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın qabaqcıl ölkələri sırasında layiqli yerini tutacaqdır.

Müsahibəni qələmə aldı:
Əkbər HÜSEYNZADƏ
Əkbər HÜSEYNZADƏ