Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin İndoneziyaşünaslıq ixtisasında təhsil alan IV kurs tələbəsi Leyla Qarayeva cari ilin may ayının 8-dən avqustun 22-nə kimi İndoneziya Respublikasının Xarici İşlər Nazirliyinin təsis etdiyi İndoneziya İncəsənəti və Mədəniyyəti Təqaüd Proqramında iştirak edib. 2008-ci ildən etibarən bu təqaüd proqramında iştirak edən ADU-nun İndoneziyaşünaslıq ixtisasının tələbələri, İndoneziyanın mədəniyyətini və incəsənətini daha yaxından öyrənirlər. Bu il həmin proqramda universitetimizin tələbəsi də daxil olmaqla 40 ölkədən 60 nəfər iştirak edib.
Səfər haqqında təəssüratlarını dilə gətirən Leyla Qarayeva İndoneziyaşünaslıq ixtisasının tələbəsi kimi bu proqramda iştirak etməyin onun üçün çox faydalı olduğunu, o cümlədən proqram sayəsində artıq bir neçə ildir öyrəndiyi dili daha da təkmilləşdirmə və İndoneziyanın zəngin mədəniyyətini yaxından öyrənə bilmə imkanı əldə etdiyini söylədi.
Tələbəmizin sözlərinə görə açılış mərasimindən sonra proqram təqaüdçüləri bir həftə ərzində Cakartada bir çox yerləri, eyni zamanda İndoneziyanın Xarici İşlər Nazirliyini, Fatahilah muzeyini, Vayang muzeyini, Tekstil muzeyini, Cakarta Universitetini və Boqordakı nəbatat bağını ziyarət ediblər.
Leyla Qarayevanın verdiyi məlumata görə İndoneziya incəsənətini və mədəniyyətini daha yaxından öyrənmək üçün o, Slovakiya, Yunanıstan, Vyetnam, Bruney, İndoneziya, Vanuatu, Tuvalu, Yeni Kaledoniya, Yeni Zelandiya, Papua Yeni Qvineya və Ficidən olan 12 iştirakçı ilə birlikdə təklif olunan şəhərlər içərisindən məhz Qərbi Sumatra əyalətinin Padanq şəhərini seçib. Padanq şəhərində qaldığı müddət ərzində təqaüdçülər bir neçə minanqkabau (Qərbi Sumatrada etnos) rəqsini – Pirinq, İndanq və Randai rəqsini, talemponq və digər musiqi alətlərində ifa etməyi öyrənib, sonra isə öyrəndiklərini müxtəlif tədbir və festivallarda, o cümlədən Qərbi Sumatra əyalətinin qubernatorunun iqamətgahında nümayiş etdiriblər. Bundan əlavə, proqram təqaüdçüləri Qərbi Sumatranın bir çox görməli yerlərinə də baş çəkib, minanqkabau mədəniyyətinin zənginliyi ilə yaxından tanış olub, həmçinin onlar üçün təşkil edilən əyləncəli oyunlarda iştirak ediblər.
Proqramın sonunda iştirakçıların yenidən paytaxt Cakartaya qayıtdığını qeyd edən Leyla Qarayeva Prezident Sarayında İndoneziya Respublikasının müstəqilliyinin 71-ci ildönümü münasibəti ilə keçirilmiş tədbirdə iştirak edərək, İndoneziya Respublikasının prezidenti Coko Vidodo ilə də görüşdüklərini bildirdi. Ertəsi gün prezident Coko Vidodo tərəfindən Prezident Sarayına nahara dəvət olunan proqram iştirakçıları Prezident Sarayının qarşısında xatirə şəkili çəkdiriblər.
Tələbəmiz bildirdi ki, İndoneziyanın İncəsənəti və Mədəniyyəti təqaüd proqramının bağlanış mərasimində İndoneziyanın ayrı-ayrı şəhərlərində təhsil alan tələbələr öyrəndikləri rəqs və musiqi nömrələri ilə çıxış ediblər. Vidalaşma mərasimində isə hər kəs bu proqramla bağlı təəssüratını bildirib və hər bir iştirakçıya proqramın sertifikatı təqdim edilib.
Qeyd edək ki, bu proqramın açılış mərasimi hər il İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilir və iştirak edən ölkələrin İndoneziyadakı səfirləri də bu tədbirə dəvət olunur. Bu mərasimdə iştirakçılara proqramın şərtləri və ayrı-ayrı şəhərlərdəki mədəniyyət mərkəzləri barədə ətraflı məlumat verilir.

ADU-nun Mətbuat Xidməti