Azərbaycan Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilmişdir

Azərbaycan Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilmişdir 19 oktyabr 2016-cı il tarixində Azərbaycan Kooperasiya Universitetində universitetin Elmi şurasının 2015/2016-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr mövzusunda iclas keçirilmişdir.
Azərbaycan Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilmişdir. Universitetin mətbuat xidmətinin məlumatına görə, 19 oktyabr 2016-cı il tarixində Azərbaycan Kooperasiya Universitetində universitetin Elmi şurasının 2015/2016-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr mövzusunda iclas keçirilmişdir. Şuraya sədrlik edən universitetin rektoru, professor E.A.Quliyev ilkin olaraq bütün kollektivi 18 oktyabr Azərbaycan Respublikasının dövlət müstəqliyinin bərpasının 25 illik yubileyi münasibətilə təbrik etdi. Bildirdi ki, Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində möhtəşəm inkişaf xətti ilə irəli gedir. Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan AXC-nin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü ilin 20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə əgər müstəqillik Azərbaycan suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə Azərbaycanın müstəqilliyi əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Məhz dövlət müstəqilliyi Heydər Əliyev faktı yeni və qlobal dünyada ölkələrin yerini müəyyənləşdirdi. Azərbaycanın dünyaya, dünyanın Azərbaycana gərəkli olduğunu sübut etdi.
Sonra isə iclas gündəlikdəki məsələlər üzrə davam etdirildi. İlk məruzəçi kimi çıxış edən rektor Eldar Quliyev ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışdı, Prezident İlham Əliyevin bu sahənin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlar barədə məlumat verdi. Qeyd etdi ki, bu sahədə tədbirlər Azərbaycan Kooperasiya Universitetindən də yan keçməyib. Təhsil müəssisəsi öz işini müasir dövrün beynəlxalq tələblərinə uyğun qurmaqdadır. Universitetdə tələbələrin hərtərfli inkişafı, onların yüksək səviyyədə ali təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Universitetin maddi-texniki bazasının təkmilləşdirilməsi, tələbələrin müasir texnoloji yeniliklərlə tədris planlarını mənimsəməsi şübhəsiz ki, təqdirə layiq haldır. Tələbələrimiz həm təhsilləri, həm də ictimai-siyasi fəallıqları ilə respublika əhəmiyyətli tədbirlərdə, bilik olimpiadalarında, forumlarda, seminarlarda, idman yarışlarında iştirak edirlər. Bu da onların universitetdə aldıqları təhsildən əlavə olaraq fərdi inkişafları üçün çox zəruridir.
Sonra elmi işlər üzrə prorektor, professor Bəyalı Ataşov çıxış edərək universitetdə aparılan elmi-tədqiqat işlərindən geniş söz açdı. Bildirdi ki, hazırda müəllimlər və təlbələr elmi tədqiqatların aparılmasında çox maraqlıdırlar. Qeyd edək ki, artıq bir neçə ildir ki, universitetdə il ərzində imtahan sessiyasına görə fərqlənən ilin dekanı, ilin kafedra müdiri, 1 müəllim və 2 nəfər ilin tələbəsi elmi şuranın qərarı ilə seçilir və rektorun xüsusi təqaüdünə layiq görülür, iclasda həmin mükafatlar təqdim olundu. İclasda Elmi Şuranın 2016/2017-ci tədris ili üçün iş planı təsdiq olundu. Sonda Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor E.A.Quliyev qarşıda duran məqsəd və vəzifələr haqqında danışdı. O bildirdi ki, tədris ilinin yekunlarına görə yekun qiymətləndirməyə nəzər salsaq ümumilikdə mənimsəmə və keyfiyyət göstəriciləri müsbətə doğru irəliləmişdir. Bu isə bizim üçün yeni çağırışlar ortaya çıxarır ki, biz növbəti ildə işimizi daha möhkəm qurmalı, tələbələrlə birlikdə universitetimizin elmi-tədqiqat potensialını artırmalı, respublikada olan nüfuzunun inkişafı üçün bundan sonra da yüksək templə çalışmalıyıq.



Azərbaycan Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilmişdirAzərbaycan Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilmişdirAzərbaycan Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilmişdirAzərbaycan Kooperasiya Universitetində Elmi Şuranın iclası keçirilmişdir

Oxşar xəbərlər