“Erasmus+” proqramı çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (İB) və Belçika Türk Dərnəkləri Birliyinin (TDB) birgə həyata keçirdikləri təlim turu başa çatıb.
İB-dən tehsil-press.az-a bildiriblər ki, ölkəmizə təlim turu ilə başlanmış layihə Belçikaya səfərlə başa çatıb. Layihədə hər iki ölkədən 50 müəllim və tələbə iştirak edib. “Multikulturalizm” anlayışına müxtəlif aspektlərdən yanaşma məqsədi daşıyan səfər çərçivəsində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Kooperasiya Universitetinin tələbələri üçün görüşlər və ekskursiyalar təşkil olunub.
Belçikanın Hasselt şəhərində keçirilən tədbirdə TDB-nin sədri Rıfat Can Azərbaycan ilə bağlı unudulmaz xatirələrini bölüşüb, gənclərin bu ölkədən böyük təəssüratlarla ayrılacaqlarına ümidvar olduğunu bildirib.
Layihənin əhəmiyyətindən danışan İB-nin idarə heyətinin üzvü, professor Qafar Cəbiyev gənclərə dəyərli tövsiyələrini verib.
Layihənin Azərbaycan tərəfdən rəhbəri, İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli gənclərin bu görüşü böyük səbirsizliklə gözlədiklərindən, səfərə hazırlıq mərhələsindən danışıb.
Belçika tərəfdən layihənin əlaqələndiricisi Sergül Şamçıoğlu gənclərə layihənin bu mərhələsində önəmli məqamlara diqqət yetirməli olduqlarını deyib və tapşırıqların öhdəsindən uğurla gəlmələrinin vacibliyini vurğulayıb.
Səfər zamanı “Multikulturalizm və miqrasiya” mövzusunda keçirilən təlimdə gənclərə müxtəlif mədəniyyətlərin təmsilçisi olan insanların qarşılaşdıqları vəziyyətlər interaktiv oyunlar vasitəsilə izah edilib, onlar müxtəlif vəziyyətlərə dair mükalimələrə, debatlara dəvət ediliblər.
Daha sonra gənclər Belçikanın daş kömür mədənləri ilə məşhur Beringen şəhərində olublar. Filizçıxarma dayandırıldığı üçün muzey kimi fəaliyyət göstərən mədənləri ziyarət edən təlim iştirakçılarına bildirilib ki, bu mədənlər əslində 1964-cü ildə Türkiyə və Mərakeşdən gələn mühacirlərin əməyi hesabına işləyib.
Sonra layihə iştirakçıları Genk şəhərindəki Yunus Əmrə məscidində olublar. Burada şəhərin bələdiyyə sədrinin müavini Ali Çağlarla keçirilən görüşdə onun “Bələdiyyə üzvünün bir günü və Genkdə multikulturalizm” mövzusundakı çıxışı tələbələr tərəfindən maraqla qarşılanıb.
Gent şəhərinə səfər tarixçi və jurnalist Tina de Gentin “Türklərin Gentə köç tarixi” mövzusunda təqdimatı ilə başlanıb. O, Türkiyə və Belçika tarixinin müxtəlif dövrlərindən, köçkünlərin vəziyyəti və onların məskunlaşdıqları ölkəyə gətirdikləri mədəniyyətdən, Gent şəhərinin toxuculuq mərkəzi kimi tanınmasından və bu işdə türklərin əvəzsiz xidmətlərindən söz açıb.
Gent şəhərinin mərkəzindəki Tekstil Muzeyində nümayiş etdirilən ilk çap makinaları, kömürlə işləyən ütülər, köhnə televizor, tozsoran, tikiş, paltaryuyan maşınları, hətta o dövrün dəbli aksessuarları, minik avtomobilləri layihə iştirakçılarının böyük marağına səbəb olub.
Ölkənin paytaxtı Brüsseldə gənclər əvvəlcə Belçika Federal Parlamentində olub, Avropanın siyasi mərkəzi sayılan Brüsselin Schaarbeek bələdiyyəsi sədrinin müavini Salih Göksalla görüşüblər. O, bələdiyyənin fəaliyyətindən, burada yaşayan əhalinin etnik tərkibindən, təhsil, turizm və kitabxana sistemindən danışıb, sualları cavablandırıb. Sonra Avropa Komissiyasının iqamətgahına gələn layihə iştirakçılarına bu qurumun fəaliyyəti, “Horizon 2020” “EC 2020 Strategy” proqramları və onların hədəfləri barədə ətraflı məlumat verilib.
TDB-nin Brüssel ofisində bu şəhərin Saint-Josse-ten-Noode bələdiyyəsinin sədri, sabiq nazir Emir Kırla keçirilən görüşdə mühacir həyatından, çətinliklərə yalnız özünəinam, məqsədyönlülük hesabına qalib gəlməyin mümkünlüyündən, təhsilin hər zaman mühüm amil olmasından danışılıb.
Səfər zamanı keçirilən “Azərbaycan gecəsi”ndə layihə iştirakçıları Zəka Babazadə və Xanım Bağırovanın ölkəmizin gəzməli, görməli yerləri ilə bağlı hazırladıqları videoçarx, Vüqar Qurbanovun quruluşçu rəssamı olduğu “Ramazan adətləri” qısametrajlı filmi nümayiş etdirilib.
Sonda gənclərə layihənin yekunu ilə bağlı sertifikatlar təqdim edilib.
Tehsil-press.az