Xarici tələbələr Azərbaycan Texniki Universitetində

Xarici tələbələr Azərbaycan Texniki Universitetində Sənaye Mühəndisliyi və Menecment üzrə Avropa Tələbələri Birliyinin (ESTIEM ) təşkilatçılığı ilə bir qrup xarici tələbə Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Görüşdə bu ali təhsil müəssisəsinin rektoru vəzifəsini icra edən Xalıq Yahudov tələbələrə universitet barədə ətraflı məlumat verib. Ölkədə təhsilə göstərilən diqqət və qayğıdan danışan X.Yahudov qeyd edib ki, AzTU-da mükəmməl mühəndis kadrların yetişdirilməsi üçün hər cür şərait yaradılıb. Azərbaycan təhsili müasir dünyanın tələblərinə uyğun sistemləşdirilib.
AzTU-nun nəzdində fəaliyyət göstərən ESTIEM LG Baku təşkilatının rəhbəri Nəzrin Şamxalova universitetdə onların fəaliyyəti üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. N.Şamxalova ESTİEM-in xətti ilə ölkəmizdə həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edilib ki, həmin layihələr çərçivəsində xarici tələbələr Azərbaycanın təhsil sistemi, universitetləri, həm də ölkənin memarlıq abidələri, Bakı şəhəri ilə tanış ola biliblər.
Görüşdə iştirak edən xarici tələbələr xalqımızın qonaqpərvərliyindən söz açıb, Azərbaycanı Şərqdə yerləşən müasir Qərb ölkəsi adlandırıblar.
Sonda Avropa miqyasında sənaye mühəndisliyi və menecment sahəsində fəaliyyət göstərən yeganə təşkilat olan ESTİEM-in dünyada və Azərbaycanda layihələrindən bəhs edən videoçarx göstərilib.

AzTU-nun Mətbuat Xidməti


Xarici tələbələr Azərbaycan Texniki Universitetində
Xarici tələbələr Azərbaycan Texniki Universitetində
Xarici tələbələr Azərbaycan Texniki Universitetində

Oxşar xəbərlər