Ukrayna Milli Bankı fiziki şəxslər üçün nağd hesablaşmaların son həddini sutka ərzində 150 min qrivendən (6 min dollar) 50 min qrivenədək (2 min dollar) azaldıb. Tehsil-press.az-ın məlumatına görə, qərar yanvarın 4-dən qüvvəyə minəcək. Milli Bankın qənaətincə, bu qərar nağd hesablaşmaların bank sisteminə stabil daxil olmasına, həmçinin iqtisadiyyatın nağdsız sektorunun inkişafına şərait yaradacaq.
Tehsil-press.az
Tehsil-press.az