Donbasda vəziyyət yenidən gərginləşdi

Donbasda vəziyyət yenidən gərginləşdi Ötən sutka ərzində anti-terror əməliyyatlarının aparıldığı zonada 6 Ukrayna hərbçisi yaralanıb.

Tehsil-press.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Motuzyanik məlumat verib.
"Bu, iki qaynar nöqtədə baş verib, o cümlədən üç hərbçi Luqansk istiqamətində, Troitski qəsəbəsi yaxınlığında düşmənin minaatanlardan atəş açması, daha üç hərbçi isə Krımski yaşayış məntəqəsi ərazisində qarşı tərəfin təxribatı nəticəsində yaralanıb", - deyə o bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər