3D modelləşdirmə üzrə seminar

3D modelləşdirmə üzrə seminar Dəniz Akademiyasının akt zalında “SEA TECH” qrupunun (Rusiya, Nijni Novqorod) baş direktoru Pyotr Yejovun iştirakı ilə “İnformasiyaların idarə olunması və 3D modelləşdirilmənin “CADMATİC” müasir texnologiyaları” mövzusunda seminar keçirilmişdir. Xarici ölkə alimlərinin açıq mühazirəsinin təşkili proqramı üzrə keçirilən seminarda Akademiyanın professor-müəllim heyəti yaxından iştirak etmişdir. Pyotr Yejov program haqqında geniş məlumat verərək, 3D proqramı üzrə gəmi layihələndirilməsinin üstünlüklərindən danışmış, bu programın tələbələr üçün də faydalı olduğunu vurğulamışdır. Seminarda qeyd olunmuşdur ki, tələbələrin gəmiqayirma ixtisası üzrə kurs işlərində, tədqiqat mövzularında “CADMATİC” proqramından istifadə etmələri üçün gələcəkdə Akademiyada hər cür şərait yaradılacaq.
Sonda Pyotr Yejov seminar iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

ADDA-nın Mətbuat Xidməti


3D modelləşdirmə üzrə seminar3D modelləşdirmə üzrə seminar3D modelləşdirmə üzrə seminar3D modelləşdirmə üzrə seminar

Oxşar xəbərlər