Gənc alimlər üçün yeni müsabiqə elan edildi

Gənc alimlər üçün yeni müsabiqə elan edildi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinı elan edib.

Fonddan Tehsil-press.az-a verilən məlumata görə, müsabiqənin məqsədi maliyyə savadlıllığı üzrə, xüsusən ölkənin sosial-iqtisadi inkişafının gücləndirilməsi və Azərbaycanda bankçılıq sisteminin inkişafına dəstək, ölkədə iqtisadi və maliyyə savadlılığının artması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması, müsabiqə mövzusuna uyğun ixtisaslaşmış və fəal çalışan gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və onların aprobasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və elmi fəaliyyətinin stimullaşdırılmasıdır.
Maliyyə savadlılığı sahəsində dərc olunmuş və qalib olaraq seçilmiş ən yaxşı elmi işlərin diplom və pulla mükafatlandırılması nəzərdə tutulub. Mükafat müsabiqəsində AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından, maliyyə-kredit sistemindəki təşkilatlardan, QHT-lərdən, İKT ilə əlaqəli şirkətlərdən sənədlərin təqdim olunma gününədək yaşı 35 və ya 35-dən aşağı olan, əlaqəli sahədə ali təhsilli (ən azı magistr dərəcəsinə malik olan) gənc alim və mütəxəssislər bərabər əsaslarla və şəffaflıq qorunmaqla iştirak edə bilərlər.
Müsabiqəyə sənədlər fevralın 12-dən aprelin 25-dək qəbul olunacaq. Nəticələr 2017-ci ilin may ayının ilk ongünlüyündə açıqlanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər