Biz bu yazıda hər, şeydən əvvəl, Azərbaycan cəmiyyətinin yenidən kitaba milli səviyyədə marağından bəhs etmək istərdik. Ona görə «yenidən» sözünü xüsusi vurğulamalı olduq ki, klassik Azərbaycan maarifçilərinin millət və xalq qarşısında böyük xidmətlərindən biri olan təhsilə, kitaba, elmə həvəs oyatmaq işi iki əsrdən artıq bir müddətdə öz bəhrəsini verdi, xalqımız uzun müddət kitabın müqəddəs dəyərini dərk edib də, ona məhəbbət göstərdi. Amma XXI yüzilliyin lap başlanğıcında baş verən eksesslər, bir sıra hallarda aldadıcı kompüter aləmi bütün dünyada olduğu kimi, Azərbaycan mühitində də kitabı oxucunun əlindən almaq təşəbbüsü göstərdi və buna nail ola bildi. Lakin son illərin təcrübəsi sübut etdi ki, kitabsız dünya, kitabsız millət maarifdən uzaq düşə bilər və uzaq düşməklik milli ruha ciddi fəsadlar vura bilər. Belə bir narahatlığı dərk edən Azərbaycan oxucusu yenidən kitaba qayıtma prosesi keçirməkdədir. Kitaba, maarifə yenidən qayıdışın əsasını ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı təmin etdi. Bundan əlavə, Prezidentin Azərbaycanın klassik ədəbiyyatında, klassik jurnalistikasında maarifçilik xidməti göstərmiş böyük yazıçı və şairlərin, publisist və ictimai xadimlərin, sivil dünyaya qovuşmağımız yolunda misilsiz rol oynamış ziyalılarımızın, milli mətbuat orqanlarımızın yubileylərinin qeyd olunması ilə bağlı sərəncamları xalqın öz keçmişinə, klassik irsinə qayıdışını təmin etdi. Klassik irsə qayıdış isə, artıq aydın şəkildə hiss olunduğu kimi, bir tərəfdən xalqın, millətin özünüdərk prosesini gücləndirdi, digər tərəfdən qloballaşma şəraitində milli dəyərlərimizin nəinki qorunmasına, habelə zənginləşməsinə xidmət etdi. Beləliklə, Azərbaycan dövlətinin iradəsini öz fəaliyyətində əsas tutan Prezidentin bu milli çağırışına ümummilli reaksiyalar başladı. Bu reaksiyalar sırasında bir qəzet olaraq, 1881-1919-cu illərdə Azərbaycanın inkişaf etməkdə və bir sistem halına düşməkdə olan mətbuat tarixində rus dilində nəşr olunan «Kaspi» qəzetinə qayıdış və onun yenidən nəşrini meydana qoymaq tarixi xidmət kimi qiymətləndirilməlidir. Bu təşəbbüs niyə «Kaspi» qəzetindən başladı? Bu suala Ümumilli liderimiz Heydər Əliyev daha dəqiq cavab vermişdir: «Kaspi» qəzetini Zeynalabdin Tağıyevin təşəbbüsü ilə, onun puluna çıxarırlar, ancaq rus dilində. Bu bizim tariximizdir. Həsən bəy Zərdabinin qoyduğu təməl daşı yaşayıb və inkişaf edibdir. Demək, bu demokratik ideyaları, dünyəvi dəyərləri bizim xalqımızın içərisindən çıxan dahi insanlar (kursiv bizimdir – Ə.A., C.M.) o vaxt yaradır, xalqımızı oyadır, onda milli oyanış, milli dirçəliş, milliçilik hissləri yaradırdılar». Milli mətbuat tariximizə Ümummilli liderimizin bu qiyməti, «dahi insanlar»ı, yenidən xalqa qaytarmaq təşəbbüsü, Prezident İlham Əliyevin Üzeyir Hacıbəylinin 125 illik, Həsən bəy Zərdabinin 170 illik, Əlimərdan bəy Topçubaşovun 150 illik, Əli bəy Hüseynzadənin 150 illik, Ceyhun Hacıbəylinin 125 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə sərəncamları klassikaya qayıdışın nə qədər vacib olduğunun göstəriciləridir.
Klassik mətbu irsimizin vacib faktlarından olan «Kaspi» qəzetinin yenidən nəşri iki istiqamətdən qiymətli bir xidmət oldu: birincisi, 38 illik uzun bir yol keçmiş, H.Zərdabinin yaratdığı «Əkinçi» məktəbinin fəal davamçısı olan, bu uzun illər ərzində Azərbaycan maarifçilik ideyalarını rus dilində Rusiyaya, Qafqaza, Orta Asiyaya daşıyan bir qəzetin kontent-analizini yenidən ortaya qoymaq, yenidən onu həm tarixi rus dilli nəşrini, eyni zamanda və əsas olaraq, Azərbaycan dilində də nəşr etmək, ikincisi, həmin məktəbin davamı olaraq yeni «Kaspi»də maarifçiliyi XXI əsrin çağırışlarına uyğun və bir az da qabarıq şəkildə yeni nəslə ünvanlamaq. Ayrıca qeyd etmək istərdik ki, yeni «Kaspi» bu iki milli missiyanı şərəflə yerinə yetirməkdədir. Hər şeydən öncə qeyd edək ki, müasir «Kaspi» bu günümüzün görkəmli maarifçi alimi, şair və publisist, azərbaycançılıq ideologiyasının tədqiqatçısı Sona xanım Vəliyevanın yorulmaz xidməti sayəsində meydana çıxıb. Sona xanım bu qəzetin-daha doğrusu, rus və Azərbaycan dillərində nəşr edilən bu qəzetlərin təsisçisi və rəhbəridir.
Müasir «Kaspi» öz fəaliyyətində sələfinin maarifçilik ideyalarını əsas tutur. Onun səhifələrində günümüzün informasiyası mütləq şəkildə qərəzsizliyi, dəqiqliyi, balanslı informasiya siyasəti, ədalətliliyi, vicdanlılığı ilə hamı tərəfindən yüksək qiymətləndirilir. «Kaspi»nin analitik yazıları istər onun çoxsaylı ziyalı müəlliflərinin, istərsə də redaksiya əməkdaşlarının mühüm xidmətləri olub, yüksək peşəkarlıq səviyyəsində oxucularını, ictimaiyyəti maraqlandıran problemlərə səriştəli cavabları ilə maraq doğurur. Bu qəzetin «Xüsusi buraxılışları» öz müntəzəmliyi və peşəkarlığı ilə diqqəti çəkir. Qəzetin özünün də qeyd etdiyi kimi, bu xüsusi buraxılışlarda indiyədək Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Şahtaxtlılar, Həcıbəylilər, Şəfiqə xanım Əfəndiyeva və s. kimi görkəmli adamların həyat və yaradıcılığı öz əksini tapmışdır. Bundan başqa, qəzetin «Ədəbiyyat» əlavəsində Azərbaycanın və dünyanın görkəmli yazıçı və şairləri haqqında dəyərli səhifələr (bəzən 15-20 səhifə) təqdim olunur.
Və biz bu yazını kitabla başladıqsa, indi yenidən kitaba keçid almaq istərdik. O kitaba və kitablara ki, onlar da «Kaspi» qəzeti və «Kaspi» Təhsil Şirkətinin birgə layihəsi əsasında nəşr edilir. İndiyə qədər bu təşkilatların nəşr etdiyi «İlham Əliyev: «Mən jurnalistləri vətənpərvərliyə çağırıram», «Sözün sorağı», «Mübariz yol», «Üç əsrin qəzeti», «Haqqın var yaşamağa» (Məmməd Araz yaradıcılığı haqqında müsabiqə yazıları,) Hüseyn Cavidin «Seçilmiş əsərləri» (Türkiyədə müasir poliqrafiyanın ən yeni imkanları ilə), «Hüseyn Cavid-Vətənə qayıdış» foto-albomu və eyni adlı məqalələr toplusu kimi kitablar oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Adlarından və ifadə etdiyi tematikasından da göründüyü kimi, həmin kitabların nəşri bir vətəndaşlıq xidməti olaraq, klassik irsimizə (biz bu yerdə böyük Məmməd Arazı da klassiklər sırasına qoyuruq) yeni nəsildə sevgi hissi yaratmaq amalıdır.
Bizə elə gəlir ki, əslində alim, tədqiqatçı, nasir və şair kimi tanıdığımız Sona xanım Vəliyevanın klassikamıza vətəndaşlıq hisslərindən doğan və ünlü maarifçi-miz H.Zərdabiyə həsr etdiyi «İşığa gedən yol» romanı da elə bu nəşrlərin sırasına qoyulmalıdır. Ədəbi ictimaiyyətin son dərəcə böyük dəyər verdiyi bu roman yuxarıda adlarını çəkdiyimiz kitablar sırasında öz sanbalı ilə, H.Zərdabi dövründəki bütöv bir epoxanın mükəmməl obrazını yaratması ilə bədii söz sənətimizin qiymətli nümunəsidir.
Sona xanım Vəliyevanın təşəbbüsü və layihəsi əsasında «Kaspi» qəzeti və «Kaspi» Təhsil Şirkəti «Kaspi» nəşrləri seriyasında yeni bir kitabı oxucuların ixtiyarına vermişdir. «Kaspi»-maarifçilik meydanı» adlanan 41 çap vərəqi həcmində (652 səhifə) nəşr edilən bu kitab, sözün həqiqi mənasında, maarifçilik meydanıdır. Bu “meydanın” çox maraqlı bir kompozisiya-strukturu var. Əlbəttə, klassik və müasir «Kaspi» doğrudan da, möhtəşəm bir maarifçilik meydanıdır. Ona görə də layihənin rəhbəri, kitabın ideya və ön sözünün müəllifi Sona xanım Vəliyeva əsəri «Kaspi»-maarifçilik meydanı» adlandırıb. Amma biz də bu kitabın ümumi məzmunundan çıxış edərək onun özünü də «maarifçilik meydanı» sanırıq. Çünki topluda millət yolunda fədakarlıq göstərmiş on beşə yaxın böyük maarifçinin bəzi hallarda öz məqalələri də eyni format çərçivəsində müasirlərimizin onlara həsr etdikləri yazıları yer almışdır. Bir az da aydın olsun deyə göstərə bilərik ki, məsələn, Həsən bəy Zərdabiyə həsr olunmuş bölmədə əvvəlcə Həsən bəyin bu günümüz üçün də son dərəcədə aktual olan bir neçə məqaləsi verilir, daha sonra onun haqqında müasir «Kaspi»də dərc olunmuş məqalələr yer alır. Beləliklə, kitabda məsələn, Həsən bəy Zərdabinin həm özü var, həm də onun yaradıcılıq dünyasına müasir elmi-publisistik baxış var.
Kitabın strukturundakı maraqlı cəhətlərdən biri də odur ki, klassik maarifçinin təqdim olunduğu bir sıra bölmə həmin şəxsiyyətin yubileyinin keçirilməsi ilə bağlı Prezident sərəncamı ilə müşayət olunur.
Belə bir cəhəti ayrıca qeyd edək ki, klassik maarifçilərimizin kitabda təqdim olunan aktual yazıları təkcə «Kaspi»dən deyil, habelə XIX əsrin ikinci və XX əsrin birinci yarısında nəşr olunan qəzetlərdən də alınmışdır. Bu mənada müasir «Kaspi»çilər vətəndaşlıq borcu olaraq, həmin şəxsiyyətləri bütöv təqdim etmək məqsədini də gerçəkləşdirmişlər. Bütövlükdə isə «Kaspi»-maarifçilik meydanı» kitabı klassik maarifçilərimizin elmi-publisistik obrazını daha çox müasirlərimizin əsərləri-tədqiqatları ilə təqdim etmişdir.
Kitaba ön sözün müəllifinin belə bir fikri bu əsərin qiymətini, amalını dəqiq ifadə edir: “Kaspi” – maarifçilik meydanı” kitabında “Kaspi” sələfləri olaraq ömrünü-gününü xalq yolunda, millət istiqlalı uğrunda fəda etmiş ziyalılarımız haqqında oxuculara bəzi məlumatları çatdırmaq istədik. Göründüyü kimi, bizim amalımız da, yolumuz da keçmişin böyük ideallarını bu günün maarifçilik missiyası ilə birləşdirərək işıqlı gələcək üçün zəngin mənəviyyatlı bir nəsil yetişdirməyə xidmət etməkdir. Bu yolda bizim nə yorulmağa, nə də dayanmağa haqqımız çatır. Çünki bu həm də böyük maarifçi mütəfəkkirlər qarşısında daşıdığımız müqəddəs bir borcdur”.
Əlbəttə, həm məzmunca, həm də həcmcə böyük olan bu kitabda 35-dən çox müəllifin çoxsaylı klassik maarifçilərimiz haqqında yüzə yaxın məqaləsi toplanmışdır. Kitaba yazdığı «Ön söz»ün ilk sətirlərində Sona xanım Vəliyeva onun mahiyyətini aşağıdakı sözlərlə belə ifadə edir: «Kaspi»-maarifçilik meydanı» adlanan bu kitab XIX əsrin sonu XX əsrin əvvəllərində ağır, məşəqqətli, lakin şərəfli fəaliyyət yolu keçmiş, ömrünü, gününü xalqına, millətinə həsr etmiş Azərbaycanın görkəmli maarifçi mütəfəkkirlərinin ruhuna növbəti minnətdarlığımızdır». Müasir «Kaspi» və Kaspiçilər öz sələflərinin xalqa xidmət messiyasını(məhz messiyasını) öz çiyinlərinə götürərək bu günkü gənc nəsil qarşısında borclarını yerinə yetirməkdədirlər. Kitaba ön sözündə Sona xanım Vəliyeva bunu nəzərdə tutaraq yazır: «Vətənpərvər ziyalı kimi milli maarifçilərin hər birinin çiyninə o dövrdə ağır yük düşürdü. Onlar bu yükün ağırlığından qorxub - çəkinmədən Vətən haqqında düşünür, onun işıqlı sabahı üçün əlindən gələni əsirgəmir, gördükləri işlərin məsuliyyətinin böyüklüyünü dərindən dərk edirdilər.
1999-cu ildə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə «Kaspi»nin nəşrini bərpa edəndə biz də qarşımızda nə kimi böyük məsuliyyət dayandığını yaxşı dərk edirdik. Başa düşürdük ki, təkcə gündəlik ictimai-siyasi qəzet olmaqla kifayətlənməməli, həm də sələflərimizin mütərəqqi ideyalarını qorumalıyıq. Bilirdik ki, yazdığımız hər SÖZ onların ruhuna layiq olmalı, bizdən sonra xələflərimizə dəyərli irs kimi qalmalıdır. Onu da bilirdik ki, Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Məhəmməd ağa Şahtaxtlının, Hacı Zeynalabdin Tağıyevin, Üzeyir bəyin ruhları bizim bu YOL ilə necə addımlamağımızı təmkinlə, bəlkə də bir az nigarançılıqla izləyəcək. Odur ki, «Kaspi»nin nəşrini bərpa edərkən öncə bu böyük şəxsiyyətlərə halallıq borcumuzun olduğunu dərk edirdik. Beləcə, 70 illik böyük bir fasilədən- istiqlalımızın bərpasına nail olduqdan sonra maarifçi mütəfəkkirlərimizin bizə qoyub getdikləri «Kaspi» ənənələrinə söykənərək fəaliyyətə başladıq». Deməli, hər şey dahilərə halallıq borcundan, dahilər qarşısında, millət qarşısında məsuliy-yətdən başlamışdır. Və bu məsuliyyət «Kaspi» qəzeti və «Kaspi» Təhsil Şirkətinin meydana qoyduğu bir sıra sanballı nəşrlər sırasına əlimizdəki daha bir kitabı- «Kaspi»-maarifçilik meydanı»nı əlavə etdi.
Bu kitab bizi yenidən klassik mətbu irsimizə qaytarır. Biz Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əli bəy Hüseynzadənin, İsmayıl bəy Qaspıralının, Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilərin, Əhməd bəy Ağaoğlunun, Firudin bəy Köçərlinin, Məhəmməd ağa Şahtaxtlının, Nəriman Nərimanovun, Ömər Faiq Nemanzadənin və s. ziyalı maarifçilərimizin «Kaspi»dəki əsərlərini oxuyuruq və bu əsərlərin müasir günlərimiz üçün də nə qədər aktual olduğunu hiss edirik.
Jurnalistika nəzəriyyəsində belə bir fikir formalaşıb ki, publisistika, publisistik əsər daha çox yazıldığı dövrün aktual problemlərini qaldırır . Bu fikirdən bəzən belə bir nəticə də çıxarılır ki, bədii ədəbiyyat klassik nümunəyə çevrilə bildiyi halda, publisistika yalnız öz dövründə aktuallıq kəsb edir və yəqin elə buna görədir ki, «klassik publisistika» anlayışı indinin özündə də xeyli dərəcədə qısqanclıqla qəbul edilir. Lakin dünya və eləcə də Azərbaycan ədəbi mühitində birmənalı şəkildə klassikləşmiş publisistika nümunələri yetərincədir. «Kaspi»-maarifçilik meydanı» kitabında H.Zərdabinin «Rusların Muğanda məskunlaşmasına dair», Əli bəy Hüseynzadənin «Yurd qayğısı», «Ey qələm», «Azərbaycanda düşündüklərim», Əhməd bəy Ağaoğlunun «Bakı hadisələri haqqında həqiqət», M.Şahtaxtlının «Türk və tatar qövmünə müraciət» və s. kimi publisistika nümunələri dünənin, bu günün və sabahın milli dərsləridirsə, onları klassika kimi necə qiymətləndirmək olmaz?
Haqqında bəhs etdiyimiz kitabın qiymətini müəyyənləşdirən meyarlardan biri də maarifçilərimizin hər biri haqqında müasir tədqiqatçı və publisistlərimizin sevgi dolu yazılarıdır. Bu sırada milli mətbuatımızın cəfakeş tədqiqatçısı, C.Məmmədquluzadə, M.Şahtaxtlı və s. kimi böyük yaradıcı şəxsiyyətləri bizə tam şəkildə təqdim edən akademik İsa Həbibbəylinin, yaradıcılığının böyük bir payını klassiklərimizə həsr etmiş Sona xanım Vəliyevanın, Vilayət Quliyevin, professor Bədirxan Əhmədlinin, professor Şamil Vəliyevin, peşəkar jurnalist-tədqiqatçılardan Flora xanım Xəlilzadənin, məhsuldar yaradıcılıq nümunələri ilə, yeni-yeni tapıntıları ilə milli maraqlara alim xidməti göstərən Abid Tahirlinin, Qərənfil Dünyaminqızının, Natiq Məmmədlinin, Səadət xanım Qarabağlının və digər onlarca müəllifin yazıları klassik jurnalistikamızın səhifələrinə yeni bir işıq salır. Bu yazıların hər birində milli –tarixi ziyalı maarifçilərimizə vətəndaş qüruru hiss olunmaqdadır. Bu mənada, məsələn, Azər Turanın Əli bəy Hüseynzadənin babası haqqında yazdığı «Qafqazın birinci adamı» essesi tamamilə yeni bir tədqiqatçı yanaşması kimi qiymətləndirilməlidir. Cəmi on dörd səhifəlik bu essedə istedadlı tədqiqatçımız A.Turan Əli bəy Hüseynzadənin babasından miras aldığı ideyaları Vətənə, millətə sevgi hissləri ilə gerçəkləşdirə bilmişdir. Bu yazının sonunda oxuyuruq: «Qafqaz şeyxülislamının milli cəbhədə dayanması o dövr üçün böyük siyasi hadisəydi. Nəvəsini də həmin cəbhəyə sövq etməklə axund, əslində, Azərbaycanın ruslaşdırılması və farslaşdırılmasının qarşısını ala biləcək böyük bir qüvvəni meydana çıxarmışdı. Bu mənada, Əli bəyin yetişməsində başlıca amil şeyxülislamdır. Demək, ilk milli-intellektual təkan Axund Əhməd Səlyanidən (Əli bəyin babası - Ə.A; C.M.) gəlir. Türkçülük düşüncəsini Əli bəy Əhməd Səlyanidən miras alır. Bunun nəticəsi olaraq, sonralar Bakıda və İstanbulda türkçülük məfkurəsinin mötəbər öndərinə çevrilən Əli bəy Hüseynzadə bir çox türkçülərdən fərqli olaraq, axıracan islam dəyərlərinə sadiq qalır. Türkçülüyün əsaslarını hazırlamış Ziya Gökalpın, Abdullah Cövdətin təlqinləri ilə başdan-başa Qərb dəyərlərinə istiqamətlənmiş baxışlarını Turan və iman işığına cəzb edən, Gökalpa türkçülüyü aşılayan (Ali Canip) Əli bəyin qurduğu məfkurə sistemində üç təməl prinsipin - türkləşmək, islamlaşmaq və çağdaşlaşmaq triadasının ilk iki mərhələsi, şübhəsiz, daha çox şeyxülislamın dəst-xəttini yansıdırdı. Sonra Əli bəyin nişan verdiyi bu yolu Ziya Gökalp davam etdirdi. Bu, Axundzadə və Zərdabinin, Namiq Kamal və Əli Suavinin, krımlı İsmayıl bəy Qaspıralı və əsədabadlı Cəmaləddin Əfqaninin, Əhməd bəy Ağaoğlunun və Əli bəy Hüseynzadənin, sonuncunun timsalında isə, şübhəsiz, həm də Qafqaz şeyxülislamının zəfəriydi».
Kitabda yer alan yazıların hamısını klassikaya olan sevgi birləşdirir, lakin bu sevgiyə yanaşmanın hər birində müəlliflərin fərdi üslubu, fərdi peşəkarlığı var. İstedadlı jurnalist-publisist Flora Xəlilzadənin İctimai televiziyada müəllifi və aparıcısı olduğu «Yadigarlar» teleproqramındakı tematikası kitabda yadda qalan mükəmməl bir publisistikaya çevrilir. Həm də onun yazılarında klassik maarifçi-ziyalıların Qarabağ probleminə o zamandan bu zamana ötən münasibətləri, «Vətən sevgili mücahid»lərin millət qayğıları kimi mövzuları günümüzə yetən aktuallığı ilə diqqətimizi cəlb edir.
Tədqiqatçı alim Abid Tahirlinin kitabdakı çoxsaylı yazıları birbaşa mətbuat tariximiz və bu tarixi yaradanlara aid olub, oxucunu «Tərcüman», «İstiqlal» kimi mükəmməl qəzet dünyası, türklər üçün ortaq dil problemi, maarifçilərimizdən İ.Qaspıralının cəhalətə zərbə vuran yeni məktəb ideyası və onun tarixi missiyası kimi məsələlərlə bağlı olaraq, bu yazıların özləri də ciddi maarifçilik işi görməkdədir.
Əlbəttə, bizi klassik ənənələrə qaytaran, milli klassikamıza gənc nəsildə yeni sevgilər oyadan bu kitabdakı bütün yazılara toxunmaq, ən azı, bir qəzet məqaləsində mümkün deyil. Qalır bircə onu demək ki, iri həcmli bu maarifçilik kitabında dünəndən bu günə, bu gündən sabaha daşınacaq bir Vətən sevgisi. milli təəssübkeşlik, vətəndaşlıq yanğısı var. Bu sevgi, bu təəssübkeşlik və bu yanğı oxucuda Vətənə, millətə, xalqa sevgi hissini artırmaq, əbədiləşdirmək kimi müqəddəs bir missiyanı yerinə yetirməkdədir.
Əflatun Amaşov
Cahangir Məmmədli