Azərbaycan filologiya elmi mühitində istər klassik anlamda, istərsə də müasir zamanda ünlü alimlərimiz çoxdur. Bu sırada AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun ayrıca yeri var. Və həm də ona görə ayrıca ki, bir sıra həmkarlarından fərqli olaraq, Nizami Cəfərov təkcə filoloji istiqamətdə deyil, filoloji sahənin dəyib toxunduğu bütün sahələrdə özünün məhsuldar elmi fəaliyyəti və orijinal elmi yanaşmaları ilə xeyli dərəcədə fərqlənən bir ziyalıdır. Onun təkcə son iki illik – 2014-2016-cı illər elmi yaradıcılığının yalnız monoqrafiya – kitab formatlarına nəzər salsaq, qarşımıza ən azı on ədəd səviyyəli kitab çıxacaq. Bu kitablar: “Türkologiyaya giriş” (15,5 çap vərəqi), “Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-halı” (9 çap vərəqi), “Türk dünyasından türkün dünyasına” (7 çap vərəqi), “Səməd Vurğun və Səmədoğlular” (7 çap vərəqi), “Məqalələr” (Mərhum akademik Tofiq Hacıyevlə birlikdə -8 çap vərəqi), “Elçin” – portret cizgiləri” (4 çap vərəqi), “Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına” (12 çap vərəqi), “Afaq Məsud dünyası” (12 çap vərəqi) kimi çoxçeşidli tematikada olub ictimai-filoloji həyatımızın mühüm tərəflərini əks etdirir. Mən indi bu məhsuldar filoloqun təkcə son iki ildə nəşr etdirdiyi kitablarının çap vərəqinin həcmini hesablayıram və belə bir rəqəm alınır: təxminən 74 çap vərəqi. Və mən nəşriyyat işinə nabələd oxucu üçün deyirəm ki, bir çap vərəqi on altı səhifə deməkdir. Onda mən 74 çap vərəqini 16 səhifəyə vururam və belə bir rəqəm alınır: 1224. Deməli, Nizami Cəfərovun son iki ildəki kitab məhsuldarlığı 1224 səhifədir. Bütün bunlar və üstəgəl bu böyük filoloq, politoloq, sosioloq... alimin dövrü mətbuatda iki ildə dərc edilən saysız-hesabsız məqalələri. Bu məqalələri də təxmini olaraq çap vərəqi ilə hesablasaq və onları da 16 səhifəyə vursaq ən azı 300 səhifə həcminə gələcək.
Elmi məhsuldarlığına görə Nizami Cəfərovu böyük rus yazıçı və jurnalisti A.P.Çexovun jurnalist məhsuldarlığı ilə müqayisə etmək olar.
Nizami Cəfərov, əlbəttə, hər şeydən əvvəl, filoloq-türkoloq, filoloq-ədəbiyyatşünasdır. Onun ən maraqlı xarakterik elmi xüsusiyyətlərindən biri budur ki, qələmə aldığı, tədqiq etdiyi yazıçı və şairlər ədəbi prosesdə mütləq hadisə səciyyəsi daşımalıdır. Onun əsərlərində Anar, Elçin, Vaqif Səmədoğlu, Tofiq Hacıyev, Asif Əfəndiyev, Ramiz Rövşən, Məmməd Oruc, Zəlimxan Yaqub, Zakir Fəxri, Sadıq Elcanlı, Rəşad Məcid, Yunus Oğuz, Pərvin və s. yaradıcı şəxsiyyətlər, həqiqətən, ədəbi mühitdə hadisə kimi qarşılanmış və qarşılanmaqdadır. Bu sırada Nizami Cəfərovun bədii yaradıcılığına çox böyük hörmət etdiyi və bu yaradıcılığı bütün istiqamətləri üzrə bəyəndiyi yazıçı Afaq Məsud ayrıca yer tutur. “Ayrıca” deyirəm ona görə ki, filoloq-alim bu fenomenal yazıçının yaradıcılığını “525-ci qəzet”də silsilə məqalələri ilə təhlil etmiş və bu elmi təhlillərini indi ayrıca monoqrafiya halında nəşr etdirmişdir. Mən bu məqalədə məhz həmin kitab üzərində- “Afaq Məsud dünyası” adlanan monoqrafiya üzərində dayanmaq istəyindəyəm. Bu istək iki cəhətdən irəli gəldi. Birincisi, yaradıcılığını mənim də çox bəyəndiyim və hər əsərini müasir ədəbiyyatımızda hadisə kimi qəbul etdiyim Afaq Məsud haqqında bu kitab təkcə bir yazıçını deyil, bir sənətkarın yaradıcılığı fonunda çağdaş nəsrimizin uğurlarını ortaya qoyması ilə; ikincisi, əsərin haçansa mənim də tələbəm olmuş Afaq Məsud haqqında bu kitab təkcə bir yazıçını deyil, bir sənətkarın yaradıcılığı fonunda çağdaş nəsrimizin uğurlarını ortaya qoyması ilə.
Mən ilk növbədə belə bir qəti fikir demək istərdim: Afaq Məsudu bir sənətkar kimi (hətta bir şəxsiyyət kimi) tanımaq üçün “Afaq Məsud dünyası”nı oxumaq da kifayət edər. Çünki bu kitab Afaq Məsud yaradıcılığını əvvəldən bu günədək təhlil süzgəcindən keçirir və təhlil süzgəcində o əsərlərin geniş kontent əhvalı ortaya qoyulur.
“Afaq Məsud dünyası”nın maraqlı bir “Ön söz”ü var. Bu ön sözün maraqlılığı orasındadır ki, əsərə bir prelüdiya formatı kimi oxucunu əvvəlcədən geniş təhlillərə hazırlayan yol göstəricisidir. Elə ilk cümlədən N. Cəfərov Afaq Məsudu “yalnız Azərbaycan yox, ümumən dünya miqyasında özünü təsdiq etmiş böyük bir yazıçı” kimi təqdim edir. Bəs bu qiymət Afaq Məsud yaradıcılığında özünü necə doğruldur? Suala əsərin bütöv kompozisiyası cavab verir. Amma yenə təkrar edirəm, bu qısa ön sözdə Afaq Məsudun yaradıcı ziyalı obrazı əvvəlcədən oxucunu böyük bir ədəbiyyat söhbətinə hazırlayır. “Ön söz”ün ilk sətirləri obyektin böyük təhlilə layiq olduğunu vəd edir.
Kitab sanki böyük və tükənmək bilməyən bir dialoqa bənzəyir. Bu, ədəbiyyat ətrafında söhbətin yeni formatı kimi də maraqlıdır. Çünki əsərin müəllifi bu təhlilləri Afaq Məsudun polifonik əsərləri ətrafında indiyə qədər söz demiş peşəkar yazıçı və tənqidçilərin, ədəbiyyatşünasların fikirləri ilə - məqalələrinə intensiv müraciətləri ilə dialoqlaşır, bəzi hallarda polemika səviyyəsinə istiqamətlənir. Maraqlı bir də orasıdır ki, alimin diqqətlə oxuduğu məqalələr bir yandan yazıçının və onun haqqında yazanların fikirləri ilə, digər tərəfdən bu yazıçının əsərlərindən gətirilən illüstrativ misallarla zənginləşir və dediyimiz dialoqu bir sıra hallarda poliloq formatına salır. Bu poliloq formatının iştirakçıları sadə adamlar deyil, onların hər biri ədəbiyyatın, tənqidin elitar qüvvələridir: Anar, Elçin, Ramiz Rövşən, Vaqif Bayatlı, Vaqif Yusifli, Nurlana Əliyeva və s.
Nizami Cəfərovun bütün əsərlərinə xas olan bir keyfiyyət bu kitabda bir az da qabarıq görünür: əsər dəqiq, cəzbedici bir kompozisiya üzərində qurulur. Bu kompozisiya özü ədəbiyyatşünaslığın, sinkretik humanitar elmin, ədəbi tənqidin, bir sıra hallarda ədəbiyyat tarixinin və bir də bu yerdə çox vacib olan publisistikanın sintezindədir. Və bütün bu dərinlikləri bir kənara qoysaq, əsərin əsas kompozisiyasını üç fundamental bölmə müəyyənləşdirir:
Afaq Məsudun hekayə dünyası
Afaq Məsudun roman dünyası
Afaq Məsudun dramaturgiya dünyası
Yəni müasir çağımızın hər kəs tərəfindən qəbul olunmuş bir ustad yazıçısının yaradıcılığı bütün istiqamətlərdən təhlilə cəlb olunur. Bəlkə də format və kompozisiya etibarı ilə “Elçinlə “ədəbiyyat söhbəti” Yaşarın xalq yazıçısı Elçin ilə müsahibəsi”, akademik İsa Həbibbəylinin “Bütün yönləri ilə yaradıcı” (Rəşad Məcidin yaradıcılığı haqqında), Pərvinin “Anar dünyası” kimi əsərlərlə xeyli birləşən “Afaq Məsud dünyası” ürəklərə yol tapmış bir sənətkarın bədii yaradıcılıq faktlarını tam dolğunluğu ilə açaraq oxucunu zənginləşdirir, ədəbiyyat üfüqlərinin zəngin palitrasını, mənzərəsini yaradır.
Nizami Cəfərovun Afaq haqqında lap əvvəlcədən dediyi qəti bir fikri var: Afaq Məsud yalan danışa bilmir. Qəribədir, bədii ədəbiyyat başdan-ayağa təxəyyülün məhsulu olsun və burada “yalan” özünə yer tapmasın. Bəli, əsl sənətkarlarda – Çexovdan Mirzə Cəlilə, Dostoyevskidən Markesə, Kortasardan İlyas Əfəndiyevə qədər böyük söz ustalarında biz heç vaxt uydurma görmürük. Çünki əsl sənətkarın bütün təxəyyülü həyat həqiqətinə o qədər bağlı olur ki, “uydurmalara” yer qalmır.
Nizami Cəfərovun Afaq Məsuddan – onun müsahibələrindən gətirdiyi misallarda belə bir həqiqət də var ki, Afaq Azərbaycan ədəbiyyatında azman söz ustası olan babasından – Əli Vəliyevdən fərqli – tamam başqa üslubda yazdı. Amma bu yerdə mən Afaq xanımın atası Məsud Əlioğlunun o dövr üçün modern bir ədəbiyyatşünas, tənqidçi olduğunu da deməyə bilmərəm. Görünür, Afaq xanımın tamamilə orijinal, hətta mən deyərdim, Markesvari, Pamukvarı üslubu xeyli dərəcədə Məsud Əlioğlu tənqidinin tələblərindən də doğa bilər...
Nizami Cəfərovun özünün elmi-filoloji, bir sıra məqamlarda elmi-fəlsəfi həqiqətləri Afaq xanımın nəsrindəki bədii həqiqətlə birləşəndə çox maraqlı bir mənzərə alınır. Bu elmi-filoloji, elmi-fəlsəfi təhlillər publisistikaya meyllənib bir az da emosionallıq kəsb edəndə oxucu, bəlkə də, Afaq Məsuddan haçansa oxuduğu hekayələrin, romanların fəlsəfi həqiqətlərini axıradək anlaya bilir. Bu həqiqətlər bəzən elə bölmələrin prelüdiyasındaca özünü göstərir və oxucunun hər şeyi anlamasına inam yaradır. Filoloji-fəlsəfi-publisistik süzgəcdən keçən belə həqiqətlərdən biri “Afaq Məsudun hekayə dünyası” adlanan birinci bölmənin başlanğıcındadır:
“Azərbaycan ədəbiyyatının, ümumən ədəbi-ictimai fıkrin tarixində yetmişinci illər altmışıncı illərdən başlayan demokratikləşmə hərəkatının ən məhsuldar dövrü idi. İsa Hüseynov (sonradan Muğanna), Yusif Səmədoğlu, Anar, Elçin başda olmaqla «yeni ədəbiyyat» artıq özünü təsdiq etmişdi. «Köhnə ədəbiyyat»ın «fəhlə qardaş»ilə «kəndli bacı»sı hələ yaşasa da, heç bir ideya-estetik əhəmiyyət daşımırdılar.
Və Afaq Məsud ədəbiyyata bu «inqilab» illərində gəldi.
Fikrimizcə, genotipoloji bir müqayisəyə ehtiyac var: Səməd Vurğun, Rəsul Rza, İlyas Əfəndiyev. ... birinci nəsil idi; sonra ikinci nəsil gəldi - Yusif Səmədoğlu, Anar, Elçin... Afaq Məsudu İsa Hüseynovla müqayisə etmək olar...
İsa Hüseynov birinci nəsildən olmaq üçün gecikib, Afaq Məsud isə üçüncü nəsildən olmağa tələsib...”
Mən indi Nizami Cəfərovun elmi təhlilindən bəlkə də uzun görünə biləcək daha bir misal gətirəcəm. Çünki belə misallar “Afaq Məsud dünyası”nın elmi-fəlsəfi, elmi-publisistik keyfiyyətini bir daha təsdiq edir:
“İlk baxışda belə görünə bilər ki, yazıçı ilk hekayələrində (eləcə də, müəyyən mənada, bütün yaradıcılığı boyu) öz üslubunu «qəliblərə və məngənələrə» qarşı çıxmaqla yaradır. Məsələ isə daha mürəkkəbdir... Hər şeydən əvvəl ona görə ki, ümumiyyətlə cəmiyyət «qəliblərsiz və məngənələrsiz» yaşaya bilməz. Və Afaq Məsudun bir yazıçı-mütəfəkkir olaraq etirazı bütövlükdə «qəliblərə və məngənələrə» deyil, onların əsassız, məntiqsiz və qeyri-humanist formalarına, üsullarınadır. Bu etirazlar bir də ona görə maraqlıdır ki, mövcud mənəvi-əxlaqi (ümuməf ictimai-humanist) kanonların mahiyyətinə nüfuz edərkən hansısa daha məqbul ideal modellərin təsdiqinə emosional cəhdlərlə müşayiət olunur, həyat hadisələri psixoloji paralelizm, zəngin idrak müqayisələri kontekstində araşdırılır...
Hər hansı yazıçının ideya-estetik mövqeyinin (üslubunun!) özü kanon deməkdir... Məsələnin mahiyyəti isə burasındadır ki, yazıçının mövcud trafaretlərə qarşı düşünüb və ya təhtəlşüur şəkildə (bunun özü də fövqəl bir düşüncə tipidir) tapdığı kanonlar nə dərəcədə harmonik, bəşəri və perspektivlidir...”
Afaq Məsudun ilk hekayələrindən “Tutuquşu”, “Öldürdülər”dən başlamış “Şənbə gecəsi”, “Uydurma”, “Tək”, “Qəza”, “Dovşanın ölümü”, “Müvəkkil Vaysman”, “Can üstə” və s. fundamental hekayələrinə bələd olan hər kəs N.Cəfərovun aşağıdakı fikrinin nə qədər həqiqət olduğunu etiraf etməyə bilməz:
“Afaq Məsudun ilk hekayələrindən başlayaraq, demək olar ki, bütün yaradıcılığını bürüyən “ölüm kabusu” onun ideya-bədii dünyasını anlamaq üçün, əgər belə demək mümkünsə, universal bir motivdir”. Alimin bu həqiqəti onun sonrakı təhlillərində açılır, amma Afaq nəsrinə bələd olanlar üçün elə bu fikirin özü filoloji bir kəşf kimi çox maraqlıdır.
Mən də əlavə etmək istərdim ki, Afaq Məsud olumun və ölümün, varlığın və mistik dünyanın insan psixologiyasının ustalıqla ifadəsində çox böyük yaradıcılıq manerasına sahibdir. Həm də, məncə, ilk növbədə hekayələrində. A.Çexovun alman ədəbiyyatşünas müasirlərindən biri deyirdi: “Biz oturub uzun-uzun, yorucu romanlar yazdığımız bir vaxtda, Rusiyalı Çexov özünün kiçik həcmli hekayələri ilə dünyanı heyran qoymaqdadır”. Bu fikri xeyli dərəcədə Afaq Məsudun da hekayələrinə aid etmək olar.
“Afaq Məsud dünyası” öz orijinal romanları ilə yeni nəsrin maraqlı nümunələrini yaratmış bu yazıçının roman formatı ətrafında da ciddi elmi təhlillər aparır. Əvvəlki bölmədə olduğu kimi, burada da Afaq Məsud nəsrinin roman dövrü bütün çalarları – inkişaf, intişar və ustad dövrü təhlil edilir. Yazıçının ilk romanı “Qarğış” ətrafında polemika və mübahisələr, tənqidin ehmal iradları xatırlanır. Hiss olunur ki, alim-filosofu yazıçının “Dəfn” romanı daha çox maraqlandırıb. Çünki “qədim hind fəlsəfəsindəki “hər bədbəxt hadisə- insanın özü-özünü cəzalandırmağıdır” postulatına söykənən bu fikrin (romana epiqrafın) dərin məzmun – mündəricəsi qəhrəmanın bütün hisslərinə, düşüncələrinə və ümumən varlığına hakim kəsilir...” Bu elmi-filoloji, elmi-fəlsəfi fikrin özü romanın mahiyyətini dərindən anlamağa imkan verir...
Müəllif Afaq xanımın digər bir maraqlı romanına – “Üzü işığa” əsərinə keçidə sadə bir kontent düşüncə ilə başlayır: “Üzü işığa” romanı ölüm yatağında olan bir qadının yaşantıları – düşüncələri, həyəcanları, tərəddüdləri üzərində qurulmuşdur”. Romanın mahiyyəti dəqiq ifadə edilmişdir. Qeyd edim ki, bu roman öz ideyası və bir qədər də fani dünyaya baxışı ilə rus altmışıncılarından olan Valentin Rasputinin “Son macal” (“Последний срок”) povesti ilə bərabər tutula bilər. Fərq burasındadır ki, “Son macal”dakı ana birbaşa rus xarakterinə bürünüb rus kəndinin tipik qadınıdırsa, “Üzü işığa” romanındakı ana tipik azərbaycanlı qadın və həm də bəşəri ümumiləşdirmə mahiyyəti daşıyan bir insan kimi fərqlənməkdədir. Nizami Cəfərov ölüm yatağında olan bu ananın mükəmməl obrazını yaratmış romanı bir neçə səhifədə aça bilmişdir.
Beləcə, kitab müəllifi haqqında bəhs etdiyi ayrı-ayrı romanları təhlillərdə bəzən bir sətirdə elə maraqlı düşüncələr ifadə edir ki, bu sətirlər bizim üçün bir tərəfdən əsərə elmi münasibətin orijinallığı, digər tərəfdən məzmuna verilən dəqiq qiymət kimi maraqlı görünür. Məsələn, Nizami Cəfərova görə Afaq xanımın “İzdiham” romanı onun ən orijinal əsəridir. Və bu orijinallığın alt qatında olan məna dünyası elmi təhlildə öz əksini belə tapır: “Əsəri oxuyub qurtarırsan, daha doğrusu, udursan və onda görürsən ki, daxilində, ruhunda yazıçının səni köklədiyi hadisələr artır, törəyir, şaxələnir, gözlərin qarşısında canlı, izdihamlı insan (və ovqat, tipaj, maska) mənzərələri oynaşır, sayrışır, sürətlə bir-birini əvəz edir, bərq vurur... Və sönür... Yerində isə qəribə bir hiss giziltisi qalır...” Burda bir məqam da maraqlıdır. Afaq Məsud “İzdiham”ı poema adlandırıb. Əlbəttə, ədəbiyyat tarixində Qoqolun nəsrlə yazdığı “Ölü canlar” əsərini poema kimi, A.Puşkinin nəzmlə yazdığı məşhur “Yevgeni Onegin”i roman kimi təqdim etmələri məlumdur. Nizami Cəfərov Afaq xanımın əsərini daha dəqiq ifadə edərək “roman-poema” formatında araşdırır və səbəbini də bu əsərin “zahirən rahat, təmkinli, daxilən isə gərgin bir poetik (kursiv mənimdir – C.M.) intonasiya-sintaksislə” başladığını deyir və gətirdiyi uğurlu misal bu fikrin dəqiqliyinə şübhə yeri qoymur.
Kitabda yazıçının “ən çox müzakirə obyekti olmuş” “Azadlıq” romanı ətrafında da maraqlı təhlillər var.
“Afaq Məsud dünyası”nın süjet xətti bu sənətkarın dramaturgiyasına nəzər salan üçüncü bölmə ilə başa çatır. Bu yerdə Afaq xanımın “Can üstə”, “O məni sevir”, “Qatarın altına atılan qadın”, “Kərbəla”, “Həllac Mənsur” kimi dram əsərlərinin səhnə həyatı və estetik dəyərləri barədə maraqlı təhlillər aparılır.
Belə bir fikri də qeyd etmək istərdim ki, “Afaq Məsud dünyası” bir tərəfdən istedadlı yazıçının həm bədii dünyasını, həm də sənətkar şəxsiyyətini yaxından tanımağa xidmət edirsə, digər tərəfdən monoqrafiya müəllifinin özünün də elmi-filoloji, elmi-fəlsəfi dünyasını qiymətləndirməyə əsas verir.
Kitabda Nizami Cəfərovun ədəbiyyatşünaslığa, bədii yaradıcılığın ən ciddi parametrlərinə, bütövlükdə sənətkarlığın uca nöqtələrinə müraciəti və bütün bunların elmi təhlillərini təqdim etmək baxımından elə postulatları var ki, bunlar ədəbiyyatımızın dünəninə yenidən işıq salmaq, bu gününü dəyərləndirmək və təhlil etmək, sabahının proqnozlarını vermək baxımından mükəmməl savada malik bir alimin özünün də yaradıcılıq göstəricisidir. Afaq Məsud dünyasının böyüklüyü və mükəmməlliyi də orasındadır ki, bütün bunlara parlaq bir güzgü tutmağa layiq illüstrativ fakt səviyyəsindədir.

Cahangir Məmmədli