Vətəni, torpağı sevmək, onun dərdini çəkmək, milli mənafeyi şəxsi mənafedən üstün tutmaq ən böyük vətənpərvərlik, ən böyük vətəndaşlıqdır. Vaxtından, zamanından, harada işləməsindən asılı olmayaraq qəlbi daim milli mənafe, milli təəssübkeşliklə döyünən, zəmanəsinin ən böyük azərbaycanlısı, böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyev bu ölkənin – Azərbaycanın vətəndaşı olduğunu hər yerdə, böyük qürurla, fəxrlə, cəsarətlə söyləmişdir.
1990-cı ildə Moskvadan Naxçıvana gələn bu böyük insanın qaydışına xalq xilaskarlıq missiyası kimi baxdı. Öz sağlamlığını, ən böyük nemət olan həyatını təhlükəyə atan ulu öndər öz taleyini deyil, Azərbaycanı, xalqının taleyini düşünürdü. Çox çətin, gərgin vaxtlar idi. Paytaxt Bakı gərginlik, çaşqınlıq içində qıvrılırdı. Ermənistanın ölkəmizə təcavüzü, Dağlıq Qarabağda erməni separatizmi, ərazimizin davam edən işğalı bir yandan, digər yandan da daxili başıpozuqluq o zamankı iqtidarı əməlli-başlı çaş-baş salmışdı.
Xalqın çağırışına heç vaxt biganə qalmayan ulu öndər 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi və həmin ayın 15-də Azərbaycan Respublikasının Milli Məclisinin sessiyasında Ali Sovetin sədri, həmin ilin oktyabrında isə xalqın böyük əksəriyyətinin səsini qazanaraq ölkə başçısı seçildi.
Çox ağır, taleyüklü bir məqamda cəsarətlə idarəetməni qəbul edən bu müdrik, təcrübəli siyasətçi ən ağrılı problemlərin öhdəsindən məharətlə gələ bildiyini ilk günlərdən bütün dünyaya nümayiş etdirdi.
Heydər Əliyevin respublika rəhbərliyinə qaydışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi. Sabitlik əldə olunandan sonra dövlət quruculuğu istiqamətində təxirəsalınmaz addımlar atıldı, bir çox mühüm qanunlar qəbul edildi.
Ümummilli lider xalqının itmiş inamını özünə qaytardı, dağılan, parçalanan ölkəni vətəndaş müharibəsindən xilas etdi, müvazinətini itirən Azərbaycanı ayağa qaldırdı. Qısa zaman kəsiyində hərc-mərcliyə, özbaşınalığa, hakimiyyətsizliyə son qoyan Heydər Əliyev Azərbaycanı nəinki xilas etdi, onu bütün dünyaya, dünyanı Azərbaycana tanıtdı.
Beləliklə, dövlət rəhbərinin təşəbbüsü və siyasi iradəsi ilə dünyanın aparıcı şirkətləri və maliyyə qurumları ilə “Əsrin kontraktı” bağlandı.
Neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi, xüsusilə yüksək texnologiyaların təbiqi, informasiya, kommunikasiya, texnologiya sahəsində sürətli inkişaf ölkənin hərtərəfli, davamlı yüksəlişinə səbəb olmaqdadır.
Heydər Əliyevin doğma xalqı qarşısında danılmaz tarixi xidmətlərindən biri də dünyanın müxtəlif ölkələrinə səpələnmiş 60 milyonluq böyük Azərbaycan xalqını bir araya gətirərək, Dünya Azərbaycanlılarının 1 Qurultayının Azərbaycan paytaxtı Bakı şəhərinə keçirilməsi oldu. Bu isə qədim və zəngin bir tarixə malik olan, min illərlə müstəqillik uğrunda ölümlə çarpışan, qüdrətli, əbədi dövlətçilik arzusu ilə yaşayan bir xalqın oyanışı, tarixi, ayağa qalxmaq arzusu və istəyinin reallaşmasının nümayişi idi.
Ulu öndər həsrətini uzun illər çəkdiyimiz üçrəngli bayrağımızı, ana laylası kimi əziz bildiyimiz himnimizi bizə əbədi ərməğan etdi. Bəli, Azərbaycanın xoşbəxtliyi onda oldu ki, o əsl rəhbəri tapdı. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – deyən ulu öndər bizə Azərbaycanı məhz onun kimi sevməyi öyrətdi.
Vaxtı ilə SSRİ hökumətində rəhbər vəzifədə işləyən Nikolay Baybakovun belə bir sözüvar: “Mən Azərbaycanı və Azərbaycan xalqını Heydər Əliyev kimi sevən ikinci adam tanımıram”. Çox dəqiq və mütləq doğru deyilmiş fikridir.
İndi onun haqlı olaraq şah əsəri adlandırdığımız Azərbaycan öz firavanlıq, tərəqqi, istiqlal anlarını yaşayır, arzuları, əməlləri,ideyaları uğurla, layiqincə davam etdirilir. Bu ideyaların layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Sevindirirci haldır ki, Prezidentin rəhbərliyi ilə iqtisadi davamlı inkişafa, siyasi sabitliyə, sosial vəzifələrin həllinə, əhalinin yaşayış rifahının yüksəlməsinə, cəmiyyətin birliyinin möhkəmləndirilməsinə və digər həyati vacib məsələlərə uğurla nail olunur.
Ölkə rəhbəri İlham Əliyev “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir...” , - deyə bəyan edərək öz siyasi dəst-xətti və intellekti ilə andına və sözünə sadiq qaldığını işi ilə sübut edir.
İndi xalqımızın ən ağırlı problemi Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Mövcud vəziyyətlə Azərbaycanın heç zaman barışmayacağını Prezidentimiz dəfələrlə bəyan etmişdir. “Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasının və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa, olsun, azad edəcəkdir... ”, - deyə Ali Baş Komandan həmişə Azərbaycanın mənafeyini ön plana çəkmiş və bütün dünya birliyinə qətiyyətlə bəyan etmişdir ki, heç vaxt Dağlıq Qarabağ Ermənistana birləşməyəcəkdir.
Bu gün ulu öndərin strateji kursunu onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə əzmlə və uğurla reallaşdıran xalqımız zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü daha qabarıq və aydın görür.
Nizami Namazov,
Sumqayıt şəhər Təhsil şöbəsinin
müdiri