“Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində növbəti görüş

“Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində növbəti görüş
Gənclər və idman nazirinin müavini tələbələrlə görüşüb

Dekabrın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubunun (TDK) “Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Gənclər və idman nazirinin Gənclərlə iş üzrə müavini İntiqam Babayevlə görüş baş tutub.
Tələbələrlə görüşdən öncə qonağı qəbul edən ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov onu universitetdə görməkdən məmnun olduğunu söyləyib. O, universitetin tarixi, beynəlxalq əlaqələri, təhsil sistemi, fakültə və kafedraları, həmçinin professor–müəllim və tələbə heyəti haqqında ətraflı məlumat verib. Prorektor ADU-nun 40-dan çox nüfuzlu ali təhsil ocaqları ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən qonaq, ADU-nun nüfuzlu universitetlərdən biri olduğunu diqqətə çatdırıb və burada olmaqdan məmnunluğunu dilə gətirib. O, Azərbaycan Dillər Universitetinin onun üçün doğma təhsil müəssisəsi olduğunu söyləyib.
Sonra qonağı tələbələrə təqdim edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev dəvəti qəbul edib gəldiyi üçün ona tələbələr adından təşəkkürünü bildirib.
"Ölkənin dinamik inkişafında Azərbaycan gənclərinin rolu" mövzusunda çıxış edən İntiqam Babayev gənclərlə işin onların fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib. O, ADU tələbələrinin də müxtəlif layihələrdə fəal iştirak etdiklərini söyləyib. Nazir müavini Azərbaycan gəncliyinin ölkəmizi nəinki ölkə daxilində, eyni zamanda ölkə xaricində də müxtəlif sahələrdə layiqincə təmsil etdiyini vurğulayıb. Müasir gənclikdə bəzi məqamlara toxunan İntiqam Babayev gənclərimizin dünyagörüşlərini artıraraq milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi və tariximizi ölkə xaricində uğurla təmsil edə biləcəklərini sözlərinə əlavə edib. O, gənclərimizin düzgün ixtisas seçərək müasir dövrdə ehtiyac duyulan peşələrə yiyələnib ixtisaslı kadr kimi formalaşmağının önəmli faktorlardan biri olduğunu qeyd edib. İntiqam Babayev tələbələrin əldə etdiyi məlumatlar və yeni informasiyaların gələcək karyeralarını qurmaq üçün önəmli olduğunu söyləyib. Gənclərlə işləməyin özəlliklərindən danışan nazir müavini onların yeni fikirlər irəli sürərək müxtəlif yanaşma tərzləri ilə bir çox nailiyyətlər əldə etdiklərini bildirib.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması və xatirə şəklinin çəkilməsi ilə başa çatıb.


ADU-nun Mətbuat Xidməti


“Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində növbəti görüş“Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində növbəti görüş“Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində növbəti görüş“Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində növbəti görüş

Oxşar xəbərlər