Mayın 10-da Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru Çingiz Əliyev dahi liderin ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş yaratdığını vurğuladı, onun doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ən ağır və sərt sınaqlarından çıxardığnı bildirdi. Ulu öndərin Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətlərindən danışan rektor Akademiyanın yaranmasında, burada beynəlxalq standartlara uyğun dənizçilik təhsilinin təşkilində dahi şəxsiyyətin əvəzsiz rolunu qeyd etdi.
Sonra Azərbaycan xalqının əbədi lideri Heydər Əliyevin zəngin həyat yoluna dair sənədli film nümayiş etdirildi.
"Gəmi mexanikası" fakültəsinin III kurs tələbəsi Laçın Babayev dahi liderə həsr olunmuş poeziya nümunəsi səsləndirdi.
Tədbirdə Azərbaycan dövlətinin qüdrətinin, Milli Ordumuzun gücünün və xalqımızın monolit birliyinin nümayişinə çevrilən aprel döyüşləri Heydər Əliyev siyasətinin bugünkü layiqli davamı olaraq iftixarla xatırlandı.
Xalqımızın daha bir qəhrəmanlıq tarixi olan Böyük Vətən müharibəsində azərbaycanlıların misilsiz döyüş xidmətləri yad edildi. Mərasimdə iştirak edən müharibə iştirakçılarına Akademiya rəhbərliyi adından hədiyyələr təqdim olundu.
Sonda YAP Səbail rayon “Xəzər Dənizçiləri” ərazi ilk təşkilatının sədri İzafət Məmmədov çıxış edərək Azərbaycanda aparıcı siyası qüvvənin - Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkülündə Heydər Əliyevin əvəzsiz rolu haqqında fikirlərilə bölüşdü və partiya sıralarına yenicə qoşulan tələbə gənclərimizə YAP biletlərini təqdim etdi, onlara uğurlar arzuladı.

ADDA-nın Mətbuat Xidməti