UNEC-in tələbələri beynəlxalq bank təcrübəsini Sankt-Peterburqda öyrənəcəklər

UNEC-in tələbələri beynəlxalq bank təcrübəsini Sankt-Peterburqda öyrənəcəklər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Rusiya Federasiyasında beynəlxalq bank təcrübəsi keçəcəklər.
İyulun 15-dən tələbələr Rusiyanın Xarici Ticarət Bankının (Bank VTB 24) Sankt-Peterburq filialında, Əmanət Bankında və Beynəlxalq Bankın Sankt-Peterburq filialında təcrübədə iştirak edəcəklər. Bir ay davam edəcək təcrübə proqramı UNEC və “Bank VTB 24”ün Sankt-Peterburq filialı ilə bağlanan müqavilə, həmçinin Beynəlxalq Bankın Sankt-Peterburq filialı və Əmanət Bankı ilə razılaşma əsasında həyata keçirilir.
Təcrübə müddətində tələbələrə UNEC-in maliyyə və maliyyə institutları kafedrasının professoru, Azərbaycanın və Rusiyanın iqtisad elmləri doktoru Elnur Sadıqov rəhbərlik edəcək.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər