Qayıtmaz Abasov - 95
Azərbaycan Respublikasının dağ rayonlarından olan Yardımlıda təhsilin maarif və mədəniyyətin inkişafında xüsusi xidmət göstərən və bu xidməti müqabilində kimsədən təltif, mükafat ummayan gözü, könlütox ziyalılardan biri də Qayıtmaz Abasov olmuşdur.Qayıtmaz Abasov 50 illik pedagoji, maarifçilik fəaliyyəti dövründə peşəsinə hər zaman məsuliyyətlə, vicdanla,sevgi ilə yanaşmış, dünyəvi elmlərlə yanaşı, dostluqda və qohumçuluqda sabitqədəm adam sözün əsl mənasında xalq müəllimi, valideynlərin və şagirdlərin sevimlisi olmuşdur.
Qayıtmaz Əmikişi oğlu Abasov 15 avqust 1922-ci ildə keçmiş Vərgəzdüz rayonunun Bozayran kəndində anadan olmuşdur.1931-ci ildə keçmiş Vərgəzdüz rayonundakı Yardımlı kəndində 1-ci dərəcəli Şura zəhmət məktəbinin birinci sinfinə qəbul edilmiş, 1941-ci ildə sonradan M.F.Axundov adı verilmiş həmin məktəbin 10-cu sinfini bitirmişdir.1941-c il iyun ayının 22—də Rayon Partiya Komitəsinin göndərişi ilə instituta göndərilmiş, lakin müharibə başladığına görə geri çağırılmış, təhsilini davam etdirə bilməmişdir.
1941-ci ilin sentyabrında müəllim kadrlarına olan böyük ehtiyacı nəzərə alaraq Qayıtmaz Abasov Osnağaram kəndinə göndərilmiş, oradakı ibtidai məktəbdə müdir və müəllim vəzifələrində çalışmışdır.
1942-cil 22 senybrında sovet ordusu sıralarına çağırılmış, 20 avqust 1945-ci ildə ordudan tərxis olunmuşdur.
Hərbi xidmətdən qayıtdıqdan sonra Horavar kənd ibtidai məktəbində müdir və müəllim işləmişdir.
31 avqust 1946-cı ildən başlayaraq müxtəlif vaxtlardan Vərgədüz, Horavar məktəblərində müdir, müəllim, rayondakı uşaq evində müəllim, internatda tərbiyəçi müəllim və pedaqoji sahələrdə çalışmışdır.
21 avqust 1961-ci ildən 15 noyabr 1993-cü ilə təqaüdə çıxana qədər 32 il fasiləsiz olaraq Bozayran kənd ora məktəbində ibtidai sinif müəllimi işləmişdir.
Ailədə 8 uşaq olmuşlar (Qayıtmaz, Təvəkkül, Xanverdi, Davaxam, Yasər, Xanım, Xurma, Ayna).Hal hazırda ailə üzvlərindən sağ qalan iki nəfər:Təvəkkül müəllim Bozayran kəndində, Xurma xanım isə Horavar kəndində yaşayırlar.
Qayıtmaz müəllim 1947-ci ildə Mahbacı xanım ilə ailə həyatı qurmuşdur.Mahbacı 12 övladı (Bəxtiyar, Elmira, Rafael, Samirə, Firdovsi, Südabə, Ofella, Rauf, Yeganə, Məhparə, Yaqut, Gülyaz)Qarabirçək xanımdan isə 4 övladı(Firudin, Əsli, Valeh, Qətibə) olmuşdur.
Uzun illər qüsursuz və səmərəli pedaqoji fəaliyyətinə görə Qaytmaz Əmikişi oğlu Abasov dəfələrə müxtəlif mükafatlara layiq görülmüşdür.
Qayıtmaz müəllim 10 iyul 1998-ci ildə 76 yaşında vəfat etmiş, doğulduğu Bozayran kəndində torpağa tapşırılmışdır.
Qayıtmaz müəllim olduqca çətin, lakin şərəfli bir həyat yolu keçmişdir.Onun həyatı boyu dəyişməz prinsipləri, zəhmətsevərlik, düzlük, saflıq, namusla yaşamaq olmuşdur.O özü də həmişə bu prinsiplərə riayət etmiş, övladlaına da belə yaşamağı tövsiyə etmişdir.Heç də təsadüfi deyildir ki, Abasovlar ailəsinin dürüstlüyünü sübut edən faktlardan biri oğlu Rafael orta məktəbi ən yüksək qiymətlərlə bitirərkən pul müqabilində “Qızıl medal”-dan imtina etməsidirsə, digər sübut Qayıtmaz müəllimin də müəyyən “hörmət”müqabilində veriləcək “Əməkdar müəllim” adından imtina etməsidir.
Mahbacı ananın ömür-gün yoladşı haqqqında xatirələrindən...
“Onun qohum - qardaş, iş yoldaşları, kənd cammatı arasında xüsusi hörməti var idi.Çünki o özünün ailəsinin və ən nəhayət bütün insanların hörmətini saxlayırdı.O, həm də xeyirxah insan kimi tanınırdı.Qohum-əqrabanı yad etməkdən, onlarla bayramlaşmaqdan zövq alırdı.Mən onun xeyirxah olduğunu bildiyimdən hərdən qohumlara, ailə quran oğullarımıza, köçən qızlara evdən nə isə verirdim.Bir dəfə ona dedim ki, qonşulardan kimsə lazım olan ərzaq istəyəndə əlini boş qaytarmıram səndən icazəsiz evdə olandan verirəm.Ancaq dinimizə görə kişinin icazə olmadan qadının evdən nə isə verməsi qəbuledilməzdir.Mənə halallıq ver dedim.Mənə dedi ki, “evin sahibəsi sənsən, sənə bütün ixtiyarı vermişəm”. Qonşuluqda belə şeylər olur.Bunun savabından sənə də çatacaq.Həmin gündən o, heç vaxt ailə işlərinə qarışmaz, əksinə yadımdan çıxanları xatırladardı.
O, təkcə uşaqları ilə deyil, əhatəsində olan bütün insanlarla mehriban olmağa çalışırdı.Bozayranda hamının ona qarşı hörməti var idi.Dərs dediyi uşaqlardan instituta qəbul olanda onu öz balası kimi bağrına basardı.Onlarla rastlaşanda vəziyyətləri ilə maraqlanaraq, təhsilləri barədə söhbət edərdi.Qayıtmaz gecələr gənc müəllimlər üçün gündəlik tuturdu.Onun xoş xasiyyətinə, mərhəmətinə, insan olduğuna görə ondan əvvəl ölümümü arzulayardım.Ancaq ölüm anında yenə deyirdim ki, Allahım canı-canla dəyiş, mən ölüm o qalsın.Mən həyatda bircə bu arzuma çata bilmədim, qalan nə istədimsə, ona çatmağıma Allah yardımcı oldu.Qayıtmazla birgə nikahımızdan 12 övladımız olmuşdur.Şükürlər olsun ki, 4 oğlumuzdan və 8 qızımızdan 49 nəvəzmiz, 43 nəticəmiz vardır.
Nəticədə oğlanlarımızın oxutdurduq, qızlarımızı layiqli şəkildə köçürtdük. Mənim az yaşım yoxdur, bu həyatda hər xasiyyətə malik adam gördüm,ancaq onun kimi insanlar dünyaya az-az gəlirlər”.
Yardımlı rayon Ağsaqqallar Şurasının üzvü,müharibə və dövlət qulluğu veteranı Qayıtmaz müəllimin qardaşı Təvəkkül Abasovun dediklərindən;”Bozayran kəndində elə bir ailə tapılmaz ki, əlifbanı, yazı-pozunu, riyaziyyatı öyrənənlərdən bir neçəsi Qayıtmaz müəllimin dərs dediyi insan olmasın.Hazırda məktəb müəllimlərinin əksəriyyəti, rayonun idarə, müəssisə və təşkilatlarında, habelə rayondan kənar yerlərdə çalışan çoxlu sayda ali təhsilli bozayranların dünyagörüşünün formalaşması Qayıtmaz müəllimin verdiyi təlim-tərbiyə ilə sıx bağlıdır.Məhz buna görədir ki, bozayranlılar indi də gənclərin tərbiyəsi, təhsili işinə ömrünü şam kimi əritmiş Qayıtmaz müəllim hörmətlə yad edir və “Məzarın nurla dolsun”-deyirlər.
Bu gün böyük qardaşım Qayıtmaz müəllim aramızda olmasa da o, həmişə bizim qəlbimizdədir”.
Azərbaycan xalq şairi Sabir Rüstəmxanlı :“ Balaca dağ rayonlarımızdan olan Yardımlıda yetişmiş və Azərbaycanda, onun sərhədlərindən çox-çox uzaqlarda fəaliyyət göstərən mütəxəsislər ordusu bugünki talelərini həmin müəllimlərə borcludurlar, ilk növbədə çətin şəraitində çalışan ibtidai məktəb müəllimlərinə, çətin şərait ona görə deyirəm ki, əvvəla, məktəb hər kəndin qismətinə düşən xoşbəxtlik deyildi, ikincisi çox vaxt o məktəblər cəmi bir-iki otaqda yerləşirdi və elə bir o qədər də müəllimi olardı.Onlar qurucuydu arı kimi, qarışqa kimi çalışırdılar, alınlarını qırışdırmadam kəndləri dolaşırdılar.Bəzən ac-susuz qalır, ailədən kənar bir əsgər həyatı yaşayırdılar.İndi düşünəndə görürəm ki, onlar elə əsl əsgər olublar və sərhəd boyu kəndlərdə uşaqların ruhunu qoruyublar,onların əsl vətəndaş kimi böyüməsində əməklərini və biliklərini əsirgəməyiblər.
Yardımlı təhsilində böyük xidməti olan belə ibtidai məktəb müəllimlərindən biri də Bozayranlı Qayıtmaz müəllimdi. Qayıtmaz Abasov!
Mənə dərs deməmişdi, ancaq lap yeniyetməlikdən, orta məktəbin 8-ci sinfindən onu tanıyıram.Hamarkənddə yeddillik məktəbi bitirəndən sonra Yardımlı qəsəbə
onbirillik məktəbində oxuyurdum.Yolum Bozayrandan, Qayıtmaz müəllimin kəndindən keçirdi.Balaca bir uşağın qarda-qışda dağ yoluyla tək-tənha məktəbə getdiyi hamıdan çox müəllimi duyğulandırır, məni görəndə üzü gülür, hal-əhval soruşur, evə dəvət edirdi.Bozayran uşaqları cığallıqla yolumu kəsəndə onlara acıqlanır, mənə ürək-dirək verir:-onlara fikir vermə, kimsə sənə toxuna bilməz, -deyirdi.Yaşımızın o çağıydı ki, adam bəzən bir şirin sözə, bir xoş təbəssümə, xırda bir qayğıkeşliyə ehtiyac duyurdu.
Qayıtmaz müəllim məhz belə qayğıkeş, içərisi işıqla, xeyirxahlıqla dolu olan gözəl insan, gözəl pedaqoq idi.Öz övladları da bu cür yüksək mədəniyyət və tərbiyə sahibləridir.
Nə qədər ki, Qayıtmaz müəllimi görüb tanıyan, onunla ünsiyyətdə olmuş, yoldaşlıq etmiş, öyüd-nəsihətini dinləmiş adamlar var, onun işıqlı xatirəsi də yaşayacaq”.
İbrahim Yusifzadə Azərbaycan Respublikası Milli Məclisinin vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri:”-Məsəl var, deyirlər”alim olmaq asandır,insan olmaq çətin”.İndi təsəvvür edin, gözəl müəllim, humanist valideyn və ən başlıcası isə xeyirxah insan olmaq nə qədər böyük xoşbəxtlikdir.Çünki bu sadalanan keyfiyyətlər böyük hərflərdə yazılan İNSAN obrazının ifadəsidir.Qayıtmaz müəllim öz halal zəhmətilə həyatda daim uğur qazanaraq müdriklik zirvəsinə yüksəlib.Bütün bunların onun çox yüksək insanı keyfiyyətlərindən irəli gəlirdi.Özündən sonra layiqli davamçılar yetişdirməsi də böyük insanlığa əsaslanır.Onun humanist cəhətləri bugünün və gələcəyin nəsillərinə bir örnəkdir.Qətiyyətlə demək olar ki, təkcə Bozayran kəndi deyil, bütövlükdə Yardımlı camaatı Qayıtmaz müəllimi xeyirxah, xoşniyyətli bir insan kimi xatırlayacaq.Çünki böyük hörmət sahibi olması, ən yüksək mərhələyə yüksəlməsi, məhz onun humanistliyindən, xeyirxahlığından irəli gəlib.O, bütöv xarakterli, müstəqil düşüncəli şəxsiyyət idi”.
Firdovsi Abasov oğlu əməkdar həkim:”Hər bir insan üçün dünyada onun valideynlərindən ata-anasından əziz və qiymətli varlıq yoxdur.Ata anaların öz övladlarına qarşı sevgisi dənizlər qədər sonsuzdur.Bu barədə düşünərkən ürəyimdə həmişə xoş duyğular oyanır.Şair olmasam da qəlbimdən keçən hissləri şeirlə, poeziyanın dili ilə ifadə
Oxuculara təqdim olunan bu məqalə Yardımlı rayonunun dağ kəndlərində uzun illər ibtidai sinif müəllimi işləmiş, tanınmış təhsil işçisi və maarif fədaisi Qayıtmaz Abasovun keçdiyi həyat yolu hər bir müəllim və ziyalı üçün tutarlı nümunədir.Allah ona rəhmət eləsin.
Hüseyn Rizvanoğlu
Təhsil-Press.az İnformasiya Agentliyinin xüsusi müxbiri

etmək istəyirəm.Bu istək heç vaxt məni tərk etmir:
Ata məhəbbəti dalğalı dəniz,
Ata məhəbbəti sonsuz bir ümman.
Onun kökü üstə boy atırıq biz,
Ata sevgisidir bizi ucaldan.
Bu sevgi insana qol-qanaq verir,
Öyrədir dünya nə, kainat nədir?
Sevinclərlə dolu bir həyat verir,
Atasız bir ömür bir viranədir.