Oktyabrın 4-də Bakıda, Rəşid Behbudov küçəsində dünya şöhrətli müğənni, SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun abidəsinin açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı İlham Əliyevə məlumat verildi ki, dünya şöhrətli müğənninin adını daşıyan Dövlət Mahnı Teatrının qarşısında ucaldılan heykəlin müəllifi Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Heykəlin hündürlüyü 3, pyedestalla birlikdə isə 4,5 metrdir.
Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və məşhur müğənninin ailə üzvləri ilə birlikdə heykəlin üzərindəki örtüyü götürdü.
Dövlətimizin başçısı abidənin önünə gül qoydu və çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz dünya şöhrətli müğənni, görkəmli musiqi xadimi Rəşid Behbudovun abidəsinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Rəşid Behbudov öz həyatını musiqiyə həsr etmişdir. Onun təkrarolunmaz səsi bizim milli sərvətimizdir. Rəşid Behbudov doğma xalqına, millətinə çox bağlı insan idi. O, Azərbaycanı həm Sovet İttifaqı çərçivəsində, eyni zamanda, dünyada təbliğ edirdi. Onun ifa etdiyi mahnılar sovet məkanında çox populyar idi. Deyə bilərəm ki, o, Sovet İttifaqında ən populyar ifaçılardan biri idi. Eyni zamanda, o, bir çox xarici ölkələrdə qastrollarda olmuşdur. O, qastrollarda həm Azərbaycan mahnılarını, eyni zamanda, xarici dillərdə mahnılar ifa edirdi və Azərbaycanı təbliğ edirdi. Bir çox ölkələrdə Azərbaycanı Rəşid Behbudova görə tanıyırdılar. O vaxt Azərbaycan müstəqil dövlət deyildi, biz Sovet İttifaqının tərkib hissəsi idik. Ancaq Rəşid Behbudov kimi istedadlı insanlar Azərbaycanı dünyada təmsil edirdilər və göstərirdilər ki, bizim xalqımız nə qədər istedadlı xalqdır.
Rəşid müəllim hərtərəfli istedadlı bir insan, gözəl aktyor idi. Onun ifa etdiyi rollar bizim qızıl fondumuzdadır. Onun ifa etdiyi rollara, o filmlərə dəfələrlə baxmaq olar. O filmlər, ilk növbədə, səslənən musiqiyə və onun oynadığı rollara görə əbədi yaşayacaqdır.
Rəşid Behbudov ölkəmiz, xalqımız üçün çox işlər görüb. Biz həmişə onu yadda saxlayırıq. Həmişə televizorda onun mahnıları səslənəndə bir daha görürük ki, bu insan nə qədər istedadlı və gözəl insan idi. Rəşid müəllim çox xeyirxah, səmimi insan idi. Mən onu uşaqlıqdan tanıyırdım. Çünki mənim atam Heydər Əliyev ilə onu çox səmimi dostluq əlaqələri bağlayırdı. O, bizim evimizdə dəfələrlə olmuşdur. Mən o görüşlərin bəzilərində olmuşam, görmüşəm, özüm şəxsən müşahidə aparmışam. Görürdüm ki, o, çox sadə, səmimi, xeyirxah bir insan idi. Bir daha demək istəyirəm ki, Heydər Əliyevi Rəşid müəllimlə çox möhkəm dostluq əlaqələri bağlayırdı.
Rəşid Behbudov Sovet İttifaqında çox böyük qiymətə layiq görülmüşdür. O, Sovet İttifaqının ən ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Bu, həm onun fəaliyyətinə, eyni zamanda, bütün Azərbaycan mədəniyyətinə verilən qiymət idi. O, gənc yaşlarında Sovet İttifaqının Xalq Artisti adına layiq görülmüşdür. O vaxt bu adı qazanmaq doğrudan da onu göstərirdi ki, Rəşid müəllim təkrarolunmaz mədəniyyət xadimidir. Təbii ki, Azərbaycan Respublikasının Xalq Artisti idi. Eyni zamanda, Rəşid müəllimin çox geniş ictimai fəaliyyəti var idi. O, həm Azərbaycan Ali Sovetinin, həm də Sovet İttifaqı Ali Sovetinin deputatı kimi çox böyük işlər görürdü. Çünki o, həm Azərbaycanda, həm sovet məkanında həddindən artıq populyar bir insan idi. Sovet İttifaqında onu tanımayan insan tapılmazdı. Onun oxuduğu mahnılar Sovet İttifaqının bütün guşələrində səslənirdi, digər dillərdə də ifa olunurdu. Qeyd etdiyim kimi, Rəşid müəllim müxtəlif dillərdə gözəl mahnılar ifa edirdi, ancaq ən gözəl mahnılar bizim xalq mahnılarımız və Azərbaycan bəstəkarlarının mahnıları idi. Bu mahnıları ondan əvvəl və ondan sonra onun kimi heç kim ifa edə bilməyib və yəqin ki, bilməyəcək. Çünki Rəşid müəllimin nəinki təkrarolunmaz səsi var idi, eyni zamanda, onun ifaçılıq qabiliyyəti, şəxsi keyfiyyətləri, şəxsiyyəti bu nadir istedadı bizə bəxş edib. Fəxr edirik ki, bizim xalqımızın nümayəndəsi dünya şöhrətli musiqi xadimidir. Azərbaycan xalqı fəxr edə bilər ki, dünyaya Rəşid Behbudov kimi böyük insanı bəxş edib.
Əfsuslar olsun ki, Rəşid müəllim müstəqil Azərbaycanda yaşamayıb. O, 1989-cu ildə həyatdan getdi, müstəqil Azərbaycanı görmədi. Ancaq çox görmək istərdi. Çünki öz xalqına, millətinə bağlı, milli ruhu yüksək olan insanların hamısı istərdilər ki, müstəqil dövlətdə yaşasınlar, öz müstəqil dövlətini təbliğ etsinlər.
Azərbaycanda Rəşid müəllimin adı əbədiləşdirilib. Onun adını daşıyan Dövlət Mahnı Teatrı fəaliyyət göstərir. Musiqi məktəbi onun adını daşıyır. Bax, bu küçə Rəşid Behbudovun adını daşıyır. Xəzər Dəniz Gəmiçiliyinin ən müasir gəmilərindən birinə onun adı verilmişdir. Keçən il Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı tərtib edilmişdir, mənim tərəfimdən müvafiq Sərəncam imzalanmışdır və bu gün Rəşid Behbudovun abidəsi açılır. Bu gözəl hadisə münasibətilə Rəşid müəllimin ailə üzvlərini, yaxınlarını, dostlarını, bütün Azərbaycan xalqını bir daha təbrik etmək istəyirəm. Rəşid müəllim həmişə bizim ürəyimizdə yaşayacaqdır. Sağ olun.
X X X
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz ƏLİZADƏ çıxış edərək dedi:
- Cənab Prezident.
Əziz və hörmətli Mehriban xanım.
Rəşid Behbudovun yadigarı Rəşidə xanım.
Doğrudan da çox gözəl gündür. Əziz dostlar, biz Rəşid Behbudovun səsi ilə böyümüşük, musiqiçi olmuşuq, Azərbaycan musiqisini sevmişik, onu öyrənmişik.
Rəşid Behbudov doğrudan da nadir səsə malik insan və şəxsiyyət idi. Onda həm avropasayağı gözəl tenor səs, həm Azərbaycan musiqisinə xas olan incəliklər, xırdalıqlar, digər tərəfdən, klassik opera ifa etmək üçün güclü gözəl səs var idi.
Bizim iki dahi müğənnimiz keçmiş Sovet İttifaqında çox məşhur idi. Bunlar Müslüm Maqomayev və Rəşid Behbudov idi. Müslüm Maqomayevin səsi tamamilə başqa bir səs idi. Demək olar ki, onun səsi Sovet İttifaqının və bütün dünyanın estrada musiqisinə inteqrə olan səs idi. Amma Rəşid Behbudov milyonlarla insana Azərbaycan musiqisinin koloritini çatdırırdı. Onun səsində bu kolorit, azərbaycançılıq, milli ruh həmişə duyulurdu. Heç də təsadüfi deyil ki, bizim xalq mahnılarımız onun ifasında təkrarolunmaz bir interpretasiyada təqdim olunurdu.
Rəşid Behbudov çox kreativ bir insan idi. Onun ideyası nəticəsində bu gözəl teatr fəaliyyət göstərməyə başladı və burada hər mahnı demək olar ki, maraqlı bir səhnə əsəri kimi təqdim olunurdu. Rəşid Behbudov özü də hər mahnıya bir səhnəcik kimi yanaşırdı, çox məsuliyyətli insan idi.
Bilirik ki, Rəşid Behbudov bizim Opera və Balet Teatrında Balaş rolunu çox yüksək səviyyədə ifa etmişdi. Həmçinin onun müxtəlif filmlərdə rollar oynadığını da bilirik. Demək olar ki, 100 ən tanınmış sinema nümunəsi arasında "Arşın malalan" öz yerini tutub. Nəyə görə? Təbii ki, ilk öncə Üzeyir Hacıbəylinin dahi musiqisinə, ikincisi, Rəşid Behbudovun məlahətli səsinə və üçüncüsü, Leyla Bədirbəylinin gözəlliyinə görə. Bu film doğrudan da 100 ən tanınmış film arasında ən gözəl filmlərdən biridir.
Rəşid Behbudovun səsi bizi həmişə müşayiət edir. Biz onu eşidib Azərbaycanı, Vətənimizi sevirik. Mən bir daha möhtərəm cənab Prezidentimizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm ki, bizim mədəniyyətimizə, incəsənətimizə, musiqimizə bu qədər dəstək verir, bu qədər maraq göstərir. Təşəkkür edirəm və hamını təbrik edirəm. Sağ olun.
X X X
Azərbaycanın Xalq Artisti Mübariz TAĞIYEV çıxış edərək dedi:
- Cənab Prezident.
Mehriban xanım, Rəşidə xanım, əziz rəşidsevərlər.
Mənim sənət yolumun iyirmi ili Mahnı Teatrı ilə bağlı olub. Yəni, Rəşid Behbudovun tələbəsi olmuşam, onun yetirmələrindən biriyəm. Dünyanın iyirmidən artıq ölkəsində Rəşid müəllimlə qastrol səfərlərində olmuşuq. O illərdə Azərbaycanımızı qarış-qarış gəzmişik. Mən Mahnı Teatrının veteranları adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin qeyd etdiyiniz kimi, Rəşid Behbudovun sənətinə layiqincə qiymət verilib. Onun adına küçə, Mahnı Teatrı, Fond və s. var. Bu gün açılışını etdiyiniz bu abidə bütün bu deyilənlərə bir sübutdur və ürəkdən gələn bütün sözləri tamamlayır.
Çünki teatrın bu binada fəaliyyətə başladığı və pərdəsi asılan gündən mən onun şahidi olmuşam. Əfsuslar olsun ki, Rəşid müəllim bunun açılışını edə bilmədi. Ancaq onun sənəti o qədər böyükdür ki, Mahnı Teatrı bu gün də yaşayır. Burada gənc nəsil böyüyür, öyrənir və s. Bu heykəl canlı Rəşid kimi indi bu binanın qarşısındadır. Mən "heykəl" sözünü işlətdim. Heykəllər əbədi olurlar, Rəşid Behbudovun sənəti kimi. Sağ olun.
X X X
Xalq Artisti, Dövlət Mükafatı laureatı Xuraman QASIMOVA çıxış edərək dedi:
- Çox hörmətli cənab Prezidentimiz.
Hörmətli Mehriban xanım.
Xanımlar və cənablar.
Bu gün doğrudan da böyük bir bayramdır. Nəhayət, çox gözlədiyimiz bu heykəli biz gördük. Buna görə, cənab Prezident, şəxsən Sizə təşəkkürümüzü bildiririk. Çünki Siz neçə-neçə sərəncamlar imzalamısınız və bizim sənətçilərin adını əbədiləşdirmisiniz, bax, belə heykəllərlə - Fikrət Əmirovun, Qara Qarayevin, nəhayət Rəşid Behbudovun.
Bəli, Rəşid Behbudov təkrarolunmaz səsə malik ifaçı idi. Doğrudan da onun yaratdığı Mahnı Teatrının önündə belə bir heykəl ucalmalı idi. Biz dəfələrlə onunla səhnələrdə çıxış etmişik. Onun çıxışlarına hazırlıq dəqiqələrini hiss etmişik, görmüşük, onun tövsiyələrini eşitmişik. İndiki gənclər kimi, biz də gənc yaşlarımızda hər zaman Rəşid Behbudovun ifa etdiyi əsərləri dinləyib ifa edirdik. Dəfələrlə onlara qulaq asaraq biz də istəyirdik ki, onun kimi ifalar olsun. Lakin o, təkrarolunmazdır. Bunu hamı qəbul edir ki, o, təkrarolunmaz bir ifaçı idi. Ona layiq olmaq üçün Vətəni onun kimi sevmək lazımdır. O, çox vətənpərvər insan idi, Vətəni üçün ürəyi yanırdı. Ali Sovetin deputatı olanda o, Vətən üçün çox can yandırırdı.
Ona görə Sizə yenə də təşəkkür edirik ki, bu gün ən gözəl küçələrdən birində - onun adını daşıyan küçədə, ən mərkəzdə belə bir heykəl açılıb. Təşəkkür edirik.
X X X
Azərbaycan və SSRİ Xalq Artisti, Dövlət Mükafatı laureatı Fidan QASIMOVA da çıxış edərək dedi:
- İcazənizlə, mən də iki kəlmə demək istəyirəm.
Çox xoşbəxt insanam ki, 1974-cü ildə dahi Niyazi "Arşın mal alan"ı vala yazmaq üçün məni çağırdı. Mən Gülçöhrənin partiyasını dərhal ifa etdim, tezliklə Bakıya gəldim və işlər başladı. Mən məşqlərdə dahi Rəşid Behbudov ilə tanış oldum. Biz çox yüksək əhval-ruhiyyə ilə valı yazdırmağa başladıq. Yəni, bu, bir örnək, dərs idi. İnsan o qədər də tələbkar müğənni olarmı? Unudulmaz səs, gözəl diapazon, onun yüksək notları, si bemolları. O, si bemolları iki dəfə götürdü və üçüncü dəfə dedi ki, mən götürməyəcəyəm. Yalnız iki dəfə götürdü. Bildim ki, üçüncü dəfə götürməyəcək. Çünki öz notlarına, səsinə çox qiymət verirdi. O qızıl səs mənim qəlbimdə, yadımda qalıb.
Mən öz yaradıcılığımda, fəaliyyətimdə xoşbəxtəm ki, Allah məni Rəşid Behbudov ilə qarşılaşdırdı. Moskvada da qala-konsertlərdə tez-tez görüşərdik. Belə bir dahi ilə səhnədə olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bunları demək istəyirdim. Diqqətinizə görə çox sağ olun, hamınıza təşəkkür edirik.
X X X
Dünya şöhrətli müğənninin xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya ailə üzvləri adından təşəkkür edən Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdiyev dedi:
- Çox hörmətli möhtərəm Prezident.
Sevimli Mehriban xanım.
Sizə Rəşid Behbudovun ailəsi və Rəşid Behbudov Fondu adından, bütün Rəşidsevərlər adından dərin təşəkkürümüzü bildiririk. Əfsuslar olsun ki, bu gün burada iştirak edə bilməyən Ceyran xanımın Sizə dərin ehtiram və hörmətini çatdırıram. Ceyran xanım xahiş etdi ki, onun sevgisini, hörmətini, ehtiramını və dərin təşəkkürünü Sizə çatdıraq.
Rəşid Behbudovun bu gözəl abidəsinin açılışı nəinki bizim ailə, rəşidsevərlər üçün, ümumiyyətlə, bütün Azərbaycan mədəniyyəti üçün çox böyük tarixi hadisədir. İcazə verin, bütün mədəniyyət xadimləri adından Sizə dərin təşəkkürümü bildirim.
Bu gün iqtisadi, siyasi uğurları ilə yanaşı, Sizin səyləriniz nəticəsində Azərbaycan mədəniyyəti dünyada çox gözəl, çox geniş təbliğ olunur və bu, bizim ən böyük silahlarımızdan biridir. Siz Mehriban xanımla birgə Azərbaycan mədəniyyətini dünyada geniş təbliğ edirsiniz. Siz Azərbaycanı dünyada qüdrətli və mədəni bir dövlət kimi tanıdırsınız. İcazə verin, hamımızın adından Sizə təşəkkürümüzü, dərin ehtiramımızı bildirək. Çox sağ olun, minnətdaram.
X X X
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və tədbirin iştirakçıları abidənin önünə gül dəstələri qoydular.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Rəşid Behbudovun ailə üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri ilə söhbət etdilər.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dünya şöhrətli müğənninin ailə üzvləri və mərasimə gələn qonaqlarla xatirə şəkilləri çəkdirdilər.
Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və mərasim iştirakçıları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin müşayiəti ilə Əməkdar Artist Xəyyam Mustafazadə və müğənni Fəxri Kazım Nicatın ifasında dünya şöhrətli müğənnilər Rəşid Behbudovun və Müslüm Maqomayevin repertuarlarından mahnılar dinlədilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Tehsil-press.az