BAYBURT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ADMİU-NUN QONAĞI OLDU

BAYBURT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ADMİU-NUN QONAĞI OLDU Müasir dövrdə ADMİU-nun beynəlxalq əlaqələrinin genişlənməsi sahəsində mühüm işlər görülür. Bu istiqamətdə görülən işlərin başlıca prinsiplərindən biri dünyanın nüfuzlu ölkələrinin ali məktəbləri ilə müqavilələrin, sazişlərin, sözləşmələrin imzalanmasıdır. Silsilə danışıqların və görüşlərin davamı olaraq, Türkiyənin Bayburt Universitetinin bir qrup rəsmi nümayəndəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olub. Bayburt Universitetinin prorektorları, Tibb elmləri fakültəsinin dekanı prof. Dr. Halil İbrahim Şimşek, İnsan və Cəmiyyət elmləri fakültəsinin dekanı, Sosial elmlər fakültəsinin dekanı prof. Dr. Süleyman Çiğdem, İlahiyat fakültəsinin dekanı, prof. Dr. Nasrullah Hacimüftüoğlu, Elmi katib Mete Yusif Ustabulut, Ümumi işlər üzrə müavin Haruk Teoman, Türk dili qurumunun rəhbəri prof. Dr. S.Kaçalin Universitet haqqında geniş məlumat verərək, iki universitet arasında elm-təhsil, bilik, mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın təməlinin qoyulmasını və gələcəkdə də inkişaf etməsi arzusunda olmasını ifadə etdilər. Qonaqlar Bayburt Universitetində incəsənət fakültəsinin yaradılması istiqamətində görülən işlərdən və gələcək planlardan bəhs etdilər. ADMİU-nun Tədris işləri üzrə prorektoru, prof. Validə Məmmədova, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, prof. Gülşən Əliyeva, Elmi katib, dos. Fatimat Məmmədova ilə Bayburt Universitetinin nümayəndələri arasında əməkdaşlıq haqqında gələcək planlar müzakirə olundu və yaradılacaq ixtisasların tədris planları təhlil edildi. ADMİU-nun nümayəndələri qonaqlara mədəniyyət və incəsənət sahəsində professional mütəxəssisləri ilə, lazımi tədris planları ilə dəstək olacaqlarına və Bayburt Universitetinin gələcək perspektivi üçün lazım olan fənn proqramlarının hazırlanmasında köməkliyin göstərilməsinə dair öhdəlik götürdülər. Bayburt Universitetindən gələn rəsmi heyət tərəfindən ADMİU-nun kitabxanasına dəyərli kitablar hədiyyə etdildi: “Bayburt Nüffus Defterleri” (müəllif - dosent Dr. Yunus Özger), “Şehit ve Gazileri ile Bayburt”, “Çağın sorunları karşısında eğitim sempozyumu 06-07 may 2014” (müəllif - prof. Dr. Necmettin Tozlu, dosent Dr. Vefa Taşdelen, dosent Dr. Mehmet Önal) Rəsmi əməkdaşlıqla bağlı görüş qarşılıqlı sözləşmə ilə yekunlaşdı.

ADMİU-nun Mətbuat Xidməti


BAYBURT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ADMİU-NUN QONAĞI OLDUBAYBURT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ADMİU-NUN QONAĞI OLDUBAYBURT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ADMİU-NUN QONAĞI OLDUBAYBURT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ADMİU-NUN QONAĞI OLDUBAYBURT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ADMİU-NUN QONAĞI OLDU

Oxşar xəbərlər