Görmə qabiliyyətinin yaxşılaşdırılması

Görmə qabiliyyətinin yaxşılaşdırılması Dünyanın gözəlliklərinə tamaşa etmək və ondan zövq almaq böyük xoşbəxtlikdir. Göz nurunu itirənlər və görmə qabiliyyəti zəif olanlar həmin xoşbəxtlikdən məhrumdurlar. Ona görə də özünü dünyanın minbir gözəlliyindən məhrum etməmək üçün ən düzgün yol gözləri qorumaqdır.
Müasir dövrdə görmə zəifliyindən əziyyət çəkməyənlər çox azdır. İstənilən sivil ölkənin 21 yaşdan yuxarı olan sakinlərinin hər onundan doqquzu həmin problemdən əziyyət çəkir. Aydın məsələdir ki, yaş artdıqca görmə zəifliyi daha da dərinləşir. Yaşı 40-ı ötənlər arasında isə görmə problemi olmayanlara ümumiyyətlə nadir hallarda rast gəlinir. Oftalmoloqlar görmə qabiliyyətini yaxşılaşdırmaq, görmə itiliyini artırmaq və göz əzələlərini möhkəmləndirmək üçün nəzərdə tutulan müalicəvi gimnastika və müxtəlif dərman vasitələri məsləhət görürlər.
Ahıl yaşlarda görmə qabiliyyətində yaranmış zəifliyi azaltmaq üçün gicitkəndən hazırlanmış şorba, qutab və kükü kimi yeməklərlə qidalanmaq lazımdır.
Yetişmə mərhələsində olan yerkökünün yaşıl hissəsi təzə halda yeyiləndə və ya salatlara qatılanda gözün görmə qabiliyyətində yaxşılaşdırmaya səbəb olur. Onun yaşıl hissələrini qurudaraq ədviyyat kimi də istifadə etmək olar. Qaragilə, quşüzümü, soğan, sarımsaq, badam, qara gilas, cəfəri, xiyar, şüyüd, kök, çuğundur və kərəviz kimi meyvə-tərəvəzlər gözün görmə qabiliyyətıni yaxşılaşdırır. Qida rasionunda əsasən tərkibi A, B qrup vitaminləri ilə zəngin olan ərzaqlardan istifadə edilməlidir.
Görmə qabiliyyətinin yaxşılaşdırılması üçün bir sıra xalq təbabəti üsulları da var.
Təzə yığılmış keşniş xırdalanır və gündə 1-2 dəfə10-20 dəqiqə gözlərin üstünə qoyulub saxlanılır.
Toyuq korluğu zamanı gündə iki dəfə yeməkdən sonra bir qədər suda həll edilmiş 1 damcı dəmrovotu şirəsi içmək lazımdır.
Kələm yarpaqları təmiz yuyularaq qaynadılır, soyuyandan sonra yarpaqları gündə 3-4 dəfə yeyilir, qaynadıldığı su içilir.
Kartofun üzərində yaranan cücərtilər toplanaraq qurudulur, alınan xammaldan 1 xörək qaşığının üzərinə 1 stəkan 40 faizli spirt əlavə edilir, 1 sutka saxlanılır, süzülür və gündə üç dəfə yeməkdən sonra 1 çay qaşığı qəbul edilir.
Gülümbahar və göyçiçəyin dəmləmələri islatma şəklində göz qapaqlarının üzərinə qoyulanda göz yorğunluğunu aradan qaldırır.
Yaxındangörmə zamanı qurudulub üyüdülmüş yemişan meyvələri 1:1 nisbətində balla qarışdırılaraq gündə 3 xörək qaşığı qəbul edilir.

Tehsil-press.az


Oxşar xəbərlər