Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) birinci kurs tələbələri ilə görüş keçirilib.
Kollecin tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidov müasir dünyada təhsilə böyük diqqət yetirildiyini, hər bir ölkənin gələcəyinin onun öz vətəndaşlarına verdiyi təhsilin səviyyəsi ilə ölçüldüyünü bildirib. Təhsilin inkişafı, eyni zamanda, ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsi olduğunu xatırladan direktor müavini Azərbaycanın bu ölkələr sırasında olduğunu bildirib.
Kollecin direktoru Varis Allahverdiyev bildirib ki, Azərbaycanda təhsilin inkişafının əsası ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Qeyd olunub ki, həmin vaxtdan başlayan təhsil quruculuğu bugünkü uğurlara zəmin yaradıb. Direktor vurğulayıb ki, dünya şöhrətli siyasətçi Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdandan sonra da ölkəmizdə elmin, təhsilin inkişafı istiqamətində böyük işlər görüb. O, Prezident İlham Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısından, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən də söhbət açıb. Birinci kurs 9 illik təhsil bazasında 354 tələbənin təhsil aldığını deyən direktor BİTKol-da yaradılan şəraitdən, obyektivlik və şəffaflıqdan, tədrisin yüksək səviyyədə təşkili üçün görülən işlərdən danışıb.
Sonda tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az