Bakı Mühəndislik Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Bir dəqiqəlik sükutla başlayan mərasimdə universitetin müəllim – tələbə heyəti iştirak edib. Universitetin rektoru, professor Havar Məmmədov mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verib, onun istər sovet imperiyası dönəmində, istərsə də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonrakı dövrlərdə də həyat və fəaliyyətini Azərbaycan xalqına, Azərbaycan dövlətinin möhkəmlənməsinə həsr etdiyini qeyd edib. Rektor Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etdiyi və daxili çəkişmələrin də baş verdiyi bir zamanda ulu öndərin Azərbaycanın müstəqilliyin qorunub saxlanmasında misilsiz xidmətlərinin olduğunu bildirmiş, onun apardığı siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin əldə olunduğunu, Ermənistanın təcavüzkar siyasətinin, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırıldığını bildirib. Heydər Əliyevin Azərbaycanın beynəlxalq əlaqələrinin də əsasını qoyduğunu vurğulayaraq, bu gün də Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən irəliyə doğru aparıldığını və hazırda da dostluq və əməkdaşlıq prinsiplərinə söykənən bu əlaqələrin inkişaf etdiyini bildirib. Əsası ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan islahatlar uğurla həyata keçirilərək müstəqilliyimiz günü – gündən daha da möhkəmlənir.
Mərasimdə ümummilli lider Heydər Əliyevin həyatına həsr olunmuş sənədli film izlənilib.
BMU-nun Mətbuat Xidməti
Mərasimdə ümummilli lider Heydər Əliyevin həyatına həsr olunmuş sənədli film izlənilib.
BMU-nun Mətbuat Xidməti