Elastik elektronikanın çap edilməsi metodu tapılıb

Elastik elektronikanın çap edilməsi metodu tapılıb Şimali Karolina Universitetinin tədqiqatçıları metal ərintisinin köməyi ilə elastik elektronikanın çap edilməsi texnologiyasını təqdim ediblər.
Yeni texnologiya elastik elektronikanın istehsalı nəticəsində ümumi xərcləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Bu qurğuların yaradılması zamanı istifadə edilən funksional mürəkkəblərin əvəzinə 60 dərəcə temperaturda əriyən metallar tətbiq edilib. Alimlər bildiriblər ki, bu texnologiya daha az xərclərlə böyük miqdarda mikrosxemlər istehsal etməyə imkan verəcək. Yeni texnologiya çap plataları və mikrosxemlərdən elastik ekranlaradək istənilən texnikanın istehsalına asanlıqla inteqrasiya edilə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər