Fevralın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov işə yeni qəbul edilən əməkdaşlarla görüş keçirib. Görüşdə ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, vakant vəzifələrin tutulması üzrə yaradılmış Müsabiqə Komissiyasının üzvləri: İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova, Rəşad Sadıqov, Asəf Kazımov və Razim Məmmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rektor Cəfər Cəfərov işə yeni qəbul edilən əməkdaşları təbrik edərək onlara uğurlar arzulayıb. Bildirib ki, ADPU böyük tarixə və zəngin ənənələrə malik olan ali təhsil müəssisəsidir. Yaxın gələcəkdə ADPU 100 illik yubileyini qeyd edəcəkdir. Hər bir müəssisədə, o cümlədən ali təhsil müəssisəsində kadr seçimi müstəsna əhəmiyyət kəsb edir. Düzgün kadr seçimi gələcək uğurlara zəmin yaradır. ADPU-da 2017-2018-ci tədris ili üçün müəllim seçimi müsabiqə yolu ilə həyata keçirilib. Müsabiqəyə çıxarılmış 114 vakant yerə 500 nəfər namizəd sənəd verib. Şəffaf və obyektiv keçirilmiş müsabiqə nəticəsində yüksək səviyyəli mütəxəssislər seçilərək onlarla 5 il müddətinə müqavilə bağlanılıb. Bundan başqa, bir müddət əvvəl vakant fakültə dekanları və kafedra müdirlərinin seçilməsi üçün müsabiqə keçirilib. Bu müsabiqə də şəffaf və obyektiv, qanunvericiliyin tələblərinə uyğun keçirilib. Bunlarla yanaşı, universitetdə tədris–köməkçi heyətin, tyutorların, laborantların, baş laborantların da müsabiqə yolu ilə işə qəbul edilməsi gerçəkləşib. Bu metod ali təhsil sistemimizdə ilk dəfə ADPU-da tətbiq edilib. Bu metod daha yaxşı mütəxəssislərin işə qəbul edilməsinə əlverişli şərait yaradır. Bizim əsas vəzifəmiz, başlıca hədəfimiz keyfiyyətli təhsil verməkdir.
Görüşdə İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova çıxış edərək fakültələr üzrə vakant vəzifələrin tutulmasının nəticələri barədə məlumat verib. Bildirib ki, vakant vəzifələrin tutulması üçün Müsabiqə Komissiyası yaradılıb.
Müsabiqə barədə mediada müvafiq elan dərc edilib, universitetin saytında yerləşdirilib, bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılıb. Müsabiqəyə çıxarılan 19 vakant vəzifə üzrə 98 nəfər namizədin sənədi qəbul edilib. Müsabiqə 2 mərhələdə keçirilib. Müsabiqənin 1-ci mərhələsində dekanlıq və kafedralarda namizədlərin bilik və bacarıqları qiymətləndirilib. Komissiyanın keçirdiyi iclaslarda 17 nəfərin sənəd verdiyi vəzifəyə təyin olunması məqsədəuyğun hesab edilib. Onlardan 7 nəfəri ADPU-nun məzunları, 10 nəfəri isə kənardan gələn mütəxəssislərdir.
İşə yeni qəbul edilən əməkdaşlardan Nərmin İsgəndərova, Zəhra Abdullayeva, Gülnur Mehralıyeva, Lalə Zeynalova, Leyla Hümbətova, Nərgiz Ələkbərova, Məlahət Abdullayeva və digərləri çıxış edərək müsabiqənin şəffaf və obyektiv keçirilməsinə, eləcə də gənc mütəxəssislərə göstərdiyi diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.
Görüşə yekun vuran rektor Cəfər Cəfərov işə yeni qəbul edilən əməkdaşlara fəal və təşəbbüskar olmağı, aparıcı xarici dilləri, qabaqcıl beynəlxalq təcrübəni öyrənməyi, bilik və bacarıqlarını universitetin imicinin yüksəldilməsinə yönəltməyi tövsiyə edib.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi