Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı Vaqif Sultanlı Cənubi Koreyanın Seul və Pyeongchang şəhərlərində keçirilən Dünya Yazarlarının Beynəlxalq Humanitar Forumunda iştirak edib. Cənubi Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyi, Seul Milli Universiteti, Starfield kitabxanasının birgə düzənlədiyi forum “Yeni nəsil yazıçılar təbiət, həyat və barışla dolu dünya uğrunda” adı altında keçirilib.
Azərbaycan və Türkiyə səfirlərinin də qatıldığı Forumun açılış mərasimində Koreya poeziyasının canlı klassiki, 150-dən artıq kitabın müəllifi, dəfələrlə ölkənin müxtəlif qurumları tərəfindən Nobel mükafatına təqdim olunmuş dünya şöhrətli şair Ko Un təbrik nitqi ilə çıxış edib.
Forumda məruzələr beş bölmə – bölücülük və konflikt, yoxsulluq, dil və mədəniyyət müxtəlifliyi, təbiət və ekologiya, gender problemi çərçivəsində aparılıb. Ayrı-ayrı bölmələrdə Peter Simon Altmann (Avstriya), Daniel Hahn (İngiltərə), Ben Klark (İspaniya), Rikardo Çaves (Meksika), Xalid Hroub (Fələstin), Viktor Montejo (Qvatemala), Hakan Günday, Mətin Turan (Türkiyə), Aleksandr Kan (Rusiya), Sarge Lacuesta (Filippin), Fransis Nyamnjoh (Güney Afrika), Masahiko Abe (Yaponiya), Yuven Çeng (Tayvan), Van Hoc Hguyen (Vyetnam) və b. kimi tanınmış yazıçı və şairlər iştirak edib.
Bütövlükdə dünyanın 25 ölkəsindən 200-dək yazıçı, şair və dramaturqun qatıldığı konfransda Azərbaycanı təmsil edən Vaqif Sultanlı “Müasir dünyada barış və yazıçı missiyası” (“Peace in the modern World and Writers’ mission)mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında müzakirələrdə bölünmüş xalq kimi Koreya və Azərbaycanın tarixi taleyindəki bənzərliklərə diqqət yetirilib, birliyin, bütövlüyün sosial düşüncəyə yansıyan məqamları çözüm və təhlil obyektinə çevrilib. Oxunmuş məruzələr Koreya və ingilis dillərində kitab halında nəşr olunub.
Forumun tədbirlərinin biri Seulun Starfield kitabxanasında keçirilib, burada şeirlər, nəsr və dram əsərlərindən parçalar oxunub, həmçinin yazarlar öz əsərlərini kitabxananın fonduna hədiyyə edib.
Forumda ayrı-ayrı müəlliflərin öz xətti ilə yazdığı bir cümləlik qeydlər xüsusi lövhədə nümayiş etdirilib və həmin mətnlərin ümumi məzmunu əsasında yekun bəyannamə hazırlanıb.
Tədbirin sonuncu günü Cənubi Koreya ilə Şimali Koreyanı ayıran qapalı sərhəd bölgəsi olan Paluya səfər edən forum iştirakçılarına İkinci dünya savaşından sonra ikiyə bölünmüş ölkənin tarixi ilə bağlı sənədli film nümayiş olunub.
Forum iştirakçıları həmçinin görkəmli Koreya şairi Lee Hyoseokun (1907-1942) Pyeongchang şəhəri ətrafındakı ev muzeyini ziyarət edib.

Hikmət Əliyev