Fevralın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yaşlı müəllim və əməkdaşlarla görüş keçirilib. Görüşün keçirilməsində məqsəd ADPU-da yaradılacaq Ağsaqqallar Şurası ilə bağlı müzakirə aparmaq olub.
Görüşü giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, yaşlı nəslin nümayəndələri ilə belə görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Həyatımızda cəmiyyətin bütün təbəqələrinin öz yeri və rolu var. Yaşlı nəslin nümayəndələrinin həyat təcrübəsinə, bilik və bacarığına həmişə ehtiyac duyulur. Eyni zamanda yaşlı nəslə diqqət və qayğı göstərmək olduqca vacibdir. ADPU-da yaşlı müəllim və əməkdaşların təşkilatması qarşımıza qoyduğumuz hədəflərə çatmağımıza səmərəli təsir edə bilər. Buna görə də ADPU-da Ağsaqqallar Şurasının yaradılması məqsədəuyğundur. Ağsaqqallar Şurasında uzun müddət universitetdə layiqincə çalışmış, səmərəli elmi-pedaqoji fəaliyyət göstərmiş, cəmiyyətdə ictimai nüfuza, yüksək mənəvi keyfiyyətlərə malik müəllim və əməkdaşlar təmsil olunacaqlar. Ağsaqqallar Şurasında həm də təqaüdə çıxmış müəllim və əməkdaşlar təmsil olunacaqlar. Yaşlı nəslin təcrübəsi, müdrikliyi gənc nəsil üçün çox önəmlidir. ADPU-nun həyatımızda müstəsna yeri, strateji rolu var. Yüksəkixtisaslı pedaqoji kadrlar hazırlamaq bizim əsas vəzifəmizdir. Bununla yanaşı, biz respublikamızın ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməli, ölkəmizin inkişaf etməsinə, dövlətimizin güclənməsinə öz töhfələrimizi verməliyik. Tələbə-gənclər arasında aparılan tərbiyəvi işlərin miqyasını genişləndirmək vacibdir. Sizin universitetimizin inkişafı, həmçinin ölkə əhəmiyyətli məsələrlə bağlı fikir, təklif, tövsiyə və məsləhətləriniz böyük fayda verə bilər.
Görüşdə çıxış edən professor Vilayət Əliyev, professor Ədalət Fərəcov, professor Nailə Verdizadə, professor Minarə Dadaşova və başqaları Ağsaqqallar Şurasının yaradılmasını müsbət qiymətləndirərək göstərilən diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər. Çıxış edənlər Ağsaqqallar Şurasının yaradılması və fəaliyyəti ilə bağlı öz fikir və mülahizələrini bölüşərək Şuranın
ADPU-da mənəvi mühitin saflaşdırılmasına, həyata keçirilən quruculuq işlərinə, islahatlara, yeniliklərə dəstək verəcəklərini vurğulayıblar.
Görüşdə Ağsaqqallar Şurasının yaradılması ilə bağlı tərkibinə təcrübəli və nüfuzlu müəllim-alimlərin daxil edildiyi İşçi qrup yaradılıb.
Görüşə yekun vuran rektor Cəfər Cəfərov yaşlı müəllim və əməkdaşlara vicdanlı və səmərəli fəaliyyətlərinə görə təşəkkür edib, onlara öz xoş arzularını bildirib.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi