Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnakı qəbul edib.
Görüşdə Azərbaycanla təşkilat arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Bugün Azərbaycanın Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulmasına dair sənədin təqdim edildiyini bildirən U.Rusnak bu qanun layihəsinin enerjinin istehsalı, ötürülməsi, paylanması, satışı və istehlakında səmərəliliyi təmin etməklə “kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapmış hədəflərə çatmağa dəstək olacağını ifadə edib.
Azərbaycanın etibarlı tərəfdaş kimi enerji təhlükəsizliyində oynadığı rolu təqdir edilib və TANAP layihəsinin tezliklə fəaliyyətə başlayacağı qeyd olunaraq, TAP layihəsi üzrə işlərin qrafik üzrə getdiyi diqqətə çatdırılıb.
Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri sırasında enerji təhlükəsizliyi və təminatı məsələsinə xüsusi diqqət yetirdiyi və milli səviyyədə mühüm nailiyyətlər əldə etdiyi diqqətə çatdırılıb.
Həmçinin, görüşdə qlobal enerji bazarında vəziyyət, neft bazarının sabitləşməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparılıb.
U.Rusnak təşkilatın gündəliyində duran məsələlər, digər beynəlxalq qurumlar və təsisatlarla əməkdaşlıq məsələləri haqqında məlumat verib.
Tehsil-press.az