14-15 mart 2018-ci il tarixində Bakıda keçirilən “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq konfransın iştirakçıları - Finlandiyanın Helsinki Universitetinin nümayəndəsi Eero Tarasti, Almaniyanın Humbolt Universitetinin nümayəndəsi Eva-Maria Auch, Qazax Milli Universitetinin nümayəndəsi Ənvər Galiyev, Braziliyanın Paraiba Dövlət Universitetinin nümayəndəsi Sudha Swarnakar martın 16-da Bakı Slavyan Universitetində (BSU) qonaq olublar.
Qonaqlarla görüş zamanı BSU-nun rektoru, professor Nurlana Əliyeva BSU-nun yaranma tarixi, buradakı təhsil sistemi, universitetdə fəaliyyət göstərən 11 tədris və mədəniyyət mərkəzi, universitetin beynəlxalq əlaqələri, dünyanın aparıcı universitetləri ilə müəllim-tələbə mübadiləsi barədə ətraflı məlumat verib. Azərbaycanda hökm sürən multikultural mühit, tolerant dəyərlərdən söhbət açan N.Əliyeva multikulturalizm ənənələrinin Azərbaycanın dövlətçilik prinsiplərində aparıcı olmasını Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. May ayının əvvəlində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar BSU-da keçirilən “Azərbaycanşünaslığın aktual problemləri” adlı ənənəvi beynəlxalq konfransdan danışan N.Əliyeva bildirib ki, BSU son iki il ərzində mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Multikulturalizmin mərkəzi sayılan Bakı Slavyan Universitetində tələbələrin təhsillərini mükəməlləşdirməsi üçün hər cür şərait yaradıldığını söyləyən rektor Nurlana Əliyeva gənclərin bəşəriyyətin inkişafında rolundan danışaraq qeyd edib ki, XXI əsrdə dünya xalqları arasında qurulan münasibətlərdə gənclər əsas körpü rolunu oynayırlar.
Əcnəbi qonaqlar söhbət zamanı Azərbaycan mədəniyyətinə, ədəbiyyatına olan maraqlarından danışıblar. Helsinki Universitetinin nümayəndəsi Eero Tarasti Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirərək onu Azərbaycan ədəbiyyatının incisi adlandırıb. Qazax Milli Universitetinin nümayəndəsi Ənvər Galiyev qazax –Azərbaycan xalqlarının oğuz etnik qrupuna mənsubluğu və bu xalqların bir-birinə yaxın mədəniyyətlərinin olması barədə danışıb. Paraiba Dövlət Universitetinin nümayəndəsi Sudha Swarnakar bir neçə Azərbaycan ədəbiyyatı nümünəsini portuqal dilinə tərcümə etdiyini və əcnəbi tələbələrin bu əsərləri maraqla oxuduqlarını deyib. O bildirib ki, Bakıya hər səfərdində BSU-ya baş çəkir. Universitetin yüksək səviyyədə dəyişdiyini qeyd edən qonaq burada yaradılan Nizami Gəncəvinin əsərlərindən ibarət dekorasiyaya heyran qaldığını dilə gətirib.
Görüş çərçivəsində qonaqlar BSU-nun tədris və mədəniyyət mərkəzlərində olublar. Universitetin Akt zalı ilə tanış olan qonaqlar “Arzu” rəqs ansamblının üzvləri ilə birgə yallı gediblər.
BSU-nun Mətbuat xidməti