Azərbaycan Texniki Universitetinin (AzTU) xüsusi texnika və texnologiya fakültəsində təhsil alan tələbələr “Kəsirsiz təhsil” şüarı altında yarışa başlayıblar.
Bununla əlaqədar fakültənin dekanı, dosent Ramiz Hüseynov qrup nümayəndələri və əlaçı tələbələrlə görüşüb. Görüşdə xüsusi texnika və texnologiya fakültəsində təhsil alan tələbələrin qış imtahan sessiyasında göstərdiyi müvəffəqiyyətlərdən danışılıb. Bununla yanaşı, çatışmazlıqlar, kəsiri olan tələbələrin təhsilə cəlb olunması, müəllim-tələbə münasibətinin daha da təkmilləşdirilməsi yolları müzakirə edilib.
R.Hüseynov bildirib ki, sənayenin, ağır sənayenin, xüsusilə müdafiə sənayesinin inkişaf etdirilməsi missiyası bilavasitə bu fakültənin məzunlarının üzərinə düşür. Müharibə vəziyyətində olan ölkəmizin müdafiə sənayesinin inkişaf etdirilməsinin ən prioritet məsələlərdən olduğunu deyən dekan tələbələri bütün imtahanlarda müvəffəqiyyət göstərməyə çağırıb.
Görüşdə tələbələrin növbəti imtahan sessiyasını kəsirsiz başa vurmaları üçün fakültə qrupları arasında yarışın təşkil olunması qərara alınıb. Qrup nümayəndələrinə və tyutorlara tapşırıq verilib ki, imtahan sessiyalarından kəsiri olan tələbələrin dərsdən əlavə müəllimləri ilə işləmələri təmin edilsin.

Hikmət Əliyev