Daxili İşlər Nazirliyinin Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Qloballaşan dünyanın siyasi-hüquqi həyatında əxlaqi dəyərlərin rolu” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti, dövlət idarəçiliyindəki qətiyyəti, cəsarəti, eləcə də çoxşaxəli fəaliyyəti ilə böyük bir məktəb yaratdığını, zəngin irs qoyduğunu qeyd edərək tədbirin əhəmiyyətindən danışıb.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” adlı videoçarx nümayiş olunub.
Polis Akademiyasının rəisinin tədris və elmi işlər üzrə müavini, polis polkovniki, hüquq elmləri doktoru, professor Mahir Əhmədov çıxışında zaman keçdikcə Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsinin öyrənilməsinin zərurətə çevrildiyini bildirib. Qeyd edib ki, Ümummilli Lideri bu zirvəyə yüksəldən, yüz illər bundan sonra da xatırlanacaq əsas keyfiyyət siyasi əxlaq və siyasi davranış nümunəsidir. Qloballaşan müasir dünyada da siyasətdə əxlaqi dəyərlərin gözlənilməsi, insan hüquqlarının qorunması, siyasətin sosial yönümlülüyü, demokratik prinsiplərin təsbiti və cəmiyyətdə hüquqi əsaslarının möhkəmlənməsi üçün zəruri şərtdir.
Konfransda çıxış edən Bakı Dövlət Universitetinin “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının professoru, hüquq elmləri doktoru Xəyyam İsmayılov dünya fəlsəfi və siyasi-hüquqi fikir tarixində əxlaq və idarəçilikdə əxlaqi dəyərlərlə bağlı məsələlərə müxtəlif yanaşmaların olduğunu, keçmiş dövrlərin siyasi-hüquqi ideyalarında öz ifadəsini tapmış bəzi qlobal problemlərin müasir dövrdə də elmi aktuallığını itirmədiyini vurğulayıb.
Daha sonra elmi-nəzəri konfransda Polis Akademiyasının kursantları – “Heydər Əliyev” təqaüdçüsü Süleyman Eyvazov “Platonun siyasi-hüquqi təlimlərində etik və siyasi məsələlər: tarix və müasirlik”, Jalə Abasova “Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsində siyasət və əxlaq məsələləri”, Surayə Rzayeva “Konfutsinin təlimində hüquq və əxlaq məsələləri”, Amid Məmmədov “N.Makiavellinin siyasi-hüquqi ideyalarında əxlaq və siyasətin nisbəti məsələsi”, Bakı Dövlət Universitetinin tələbələri Nərgiz Süleymanlı “Nizami Gəncəvinin dövlət idarəçiliyi haqqında siyasi-hüquqi fikirləri”, Babək Hüseynov “İslam hüququnda idarəçiliyin əxlaqi aspektləri”, Mirbaba Ağarəhimov “N.Tusinin yaradıcılığında siyasət və əxlaqın nisbəti”, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Lalə Novruzova “İ.Kantın siyasi-hüquqi təlimlərində hüquq və əxlaqın yeri” mövzularında çıxışlar ediblər.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, konfransın dövlət və hüquq haqqında humanist ideyaların həyata keçirilməsi üçün nəzəri biliklərin öyrənilməsinə, eləcə də siyasi-hüquqi sistemin demokratikləşməsi ilə bağlı təfəkkürün formalaşmasına müsbət təsir göstərəcəyi vurğulanıb. Qeyd olunub ki, bəşər tarixinin müxtəlif inkişaf mərhələlərində dövlət və hüquq, qanun və qanunvericilik, siyasət, sosial ədalət və digər bu kimi məsələlərin mahiyyətinin düzgün dərk edilməsi xüsusi əhəmiyyət kəsb edib, yaranan təlimlərdə ümumbəşəri dəyərlər öz əksini tapıb. Bu dəyərlərə ədalət, ümumi rifah, azadlıq ideyaları və digər mənəviyyat normaları aiddir. Siyasət və hüquq haqqında təlimlərdə ifadə olunan ümumbəşəri dəyərlər hüquq və azadlıqların məzmununu konkret şəkildə açıqlayır və onlara təminat verilməsini əsaslandırır.
Tədbir çərçivəsində Polis Akademiyasının Kursant Elmi Cəmiyyəti ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Tələbə Həmkarlar Təşkilatı arasında elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sonda konfrans iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.
Hikmət Əliyev