İstanbulda yerləşən Yıldız Texniki Universitetinin rektoru, professor Bahri Şahin ölkəmizə işgüzar səfərə gəlib. O, ilk olaraq Azərbaycan Dövlət Dəniz Akademiyasında rektor Çingiz Əliyevlə görüşüb. Səmimilik şəraitində keçən görüşdə qonaq Yıldız Texniki Universiteti, Türkiyənin ali məktəblərinin birinci beşliyinə daxil olan bu təhsil müəssisəsində tədrisin və elmi fəaliyyətin təşkili, inkişaf perspektivləri barədə ətraflı məlumat verib.
Türkiyəli həmkarı ilə görüşə şad olduğunu deyən Çingiz Əliyev öz növbəsində Dəniz Akademiyasının tarixi və bu günü haqqında söhbət açıb, qarşılıqlı faydalı iş birliyi üçün geniş imkanların mövcudluğunu qeyd edib.
Danışıqların yekununda Azərbaycan Dövlət Dəniz Akademiyası ilə Yıldız Texniki Universiteti arasında beynəlxalq əməkdaşlıq haqqında protokol imzalanıb. Bu sənəd tədqiqatçıların, müəllimlərin və tələbələrin mübadiləsini, birgə elmi konfrans, simpozium və seminarların, elmi-tədqiqat işləri və mühazirələrin təşkilini nəzərdə tutur. Bununla yanaşı, idman və mədəni tədbirlər çərçivəsində də müştərək fəaliyyət göstərilməsi planlaşdırılır.
Görüşdən sonra professor Bahri Şahin Akademiyanın tədris bazası, o cümlədən müasir naviqasiya trenajorları ilə yaxından tanış olub, ADDA ilə əməkdaşlığın əməli nəticələri istiqamətində əlindən gələni edəcəyini vurğulayıb.

Hikmət Əliyev