12 iyunda Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında keçiriləcək zirvə görüşü üçün çəkilən xərc açıqlanıb.
Sinqapur Baş naziri Li Hsiyen Lunq görüşün 20 milyon dollara başa gələcəyini açıqlayıb.
Sülhü təmin etmək üçün belə bir vacib zirvənin xərcini qarşılamağa hazır olduqlarını söyləyən baş nazir deyib ki, bu görüş Sinqapurun imicinə də müsbət təsir edəcək:
“Bu görüşə ev sahibi olaraq seçilməyimiz ölkəmizin beynəlxalq arenada gördüyü hörmətin təzahürüdür. Üstəlik, ev sahibi olmağı biz deyil, onlar bizə təklif etdilər”.
Qeyd edək ki, artıq hər iki lider Sinqapurdadır.
Tehsil-press.az